Yuxarı Əskiparasız keçən 25 il » Göyəzən internet portalı


Yuxarı Əskiparasız keçən 25 il

Yuxarı Əskiparasız keçən 25 il
8 iyun Qazax rayonunun Yuxarı Əskipara kəndinin işğalı günüdür. 1992-ci ildə ermənilər tərəfindən zəbt edilən kəndin işğalından bu gün 25 il ötür.
Kəndin işğal günü ilə əlaqədar Yuxarı Əskipara kənd tam orta məktəbdə tədbir keçirilib.

Məktəbin direktoru Saleh Vəliyev tədbiri giriş sözü ilə açaraq kəndin işğal tarixindən, həmin dövrdə kənddə yaradılan özünümüdafiə dəstələrindən danışıb. Qeyd edib ki, ermənilər tərəfindən işğal olunan kənd itki, şəhid verib. Biz çalışmalıyıq ki, bu gün gənc və yeniyetmələrimiz, orta məktəb şagirdlərimiz öz keçmişini, doğulduğu kəndin işğalını unutmasın. Öz qəhrəman oğullarını, kəndinin verdiyi şəhidləri tanısın.

RİHB-nın Yuxarı Əskipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Coşqun Musayev çıxış edərək o dövrdə kənddə yaradılan özünümüdafiə dəstələrinin erməni quldurlarına qarşı apardığı mübarizədən söz açıb.

Məktəbin müəllimlərindən İsmayıl Nəbiyev, Qabil Şərifov çıxış edərək kəndin qəhrəman oğulları, təbiəti, kənddə şagirdlərin dincəlməsi üçün düşərgələrin olması barədə şagirdlərə ətraflı məlumat veriblər.

Sonra məktəblilər Vətənə, anaya, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

GOYEZEN.AZ

Yuxarı Əskiparasız keçən 25 il


Facebook-da paylaş