Qazax: rayonun kəndlərində hesabat yığıncağı
RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA
Yuxarı Salahlı kəndində keçirilən yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov geniş məruzə ilə çıxış edərək 2016-cı ildə rayonda görülmüş tikinti-quruculuq işlərindən danışıb. O qeyd edib ki, ötən il rayon üçün uğurlu olmuşdur.
Sonra Qazax RİH Başçısının Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Osman Mustafayev hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, tarixi qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Yuxarı Salahlı kəndidir. Kənd coğrafi mövqeyinə görə Kür çayının sağ sahilində Qarayazı meşəsi boyunca yerləşib.
Rayon mərkəzindən 18 km Şimal-Qərbdə magistral ipək yolunun üzərində yerləşən Yuxarı Salahlı kəndinin ümumi ərazisi 3413 hektar olmaqla, hazırda kənddə 3900 nəfər yaşayır. Kənddə 1060 təsərrüfat vardır. 2137 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik olan kənd əhalisi 2016-cı il ərzində 295 hektarda buğda, 106 hektarda arpa, 4 hektarda kartof, 64 hektarda tərəvəz, 65 hektarda qarğıdalı, 13 hektarda bostan, 67 hektarda yonca, 12 hektarda meyvə bağı, 0,5 hektarda tütün sahəsini əkib beçərmişdir. Müvafiq olaraq 891 ton buğda, 293 ton arpa, 40 ton kartof, 1530 ton tərəvəz, 300 ton qarğıdalı, 215 ton bostan, 2013 ton quru ot, 1085 ton meyvə, 800 kq tütün, 560 kq barama istehsal edilmişdir.
2017-ci ilin məhsulu üçün kənd əhalisi 588 hektarda payızlıq taxıl səpini aparmışdır. 2 hektar sahədə tütün, 60 hektar sahədə isə şəkər çuğunduru əkininin aparılması və 200 kq barama məhsulunun yetişdirilməsi nəzərdə tutulmuşdur. Kənddə baramaçılığı inkişaf etdirmək üçün Çin dövlətindən gətirilmiş 2 min ədəd tut ağacı tingi basdırılmışdır. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafı da həmişə diqqət mərkəzində olmuşdur. Hazırda kənddə mövcud olan 7 ədəd subartezian quyusu tam işlək vəziyyətdədir.
Kənd sakinlərindən Məmləkət Quliyeva, şəhid anası Sultan Vəkilova, Reyhan Əliyeva və başqaları çıxış edərək tez-tez kənd sakinləri ilə görüşdüyünə və qaldırılan problemlərin həllinə köməklik göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər.
***
Həmin gün Cəbhə bölgəsində yerləşən Cəfərli kəndində də hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hesabat yığıncağında giriş sözü ilə çıxış edərək rayonda həyata keçirilən quruculuq və abadlıq işlərindən söz açıb.
Sonra Qazax RİH Başçısının Cəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahin Mustafayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Cəfərli və Bala Cəfərli kəndləri Qazax rayonunun şimal-qərbində Ermənistanla 30 kilometr boyunca həmsərhəddir. Hər iki kəndin əhalisi erməni silahlı qüvvələrinin apardığı hərbi təcavüz nəticəsində bu gün də ağır sınaqlardan keçirlər. Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində kənd əhalisi atəşə məruz qalır. Lakin buna baxmayaraq kənd sakinləri hazırda öz ev-eşiklərində yaşayır.
Bu gün nümayəndəlikdə 350 təsərrüfat olmaqla 1477 nəfər əhali vardır. Onlar iki yaşayış məntəqəsində - Cəfərli və Bala Cəfərli kəndlərində məskunlaşmışlar. Hər iki kənd rayon mərkəzindən 14 kilometr məsafədə yerləşir. Nümayəndəliyin ərazisində iki müasir tipli məktəb, iki uşaq bağçası, iki kitabxana, iki klub, bir poçt binası, bir müasir tipli həkim məntəqəsi, bir feldşer-mama məntəqəsi, bir EATS fəaliyyət göstərir.
Hesabat ilində rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütəmadi olaraq Cəfərli və Bala Cəfərli kənd sakinləri ilə görüşmüş, onların bütün problemləri ilə yaxından tanış olmuş və həmin problemlərin öz həllini tapması üçün lazımi göstərişlərini vermişdir.
Cari ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə 180 ailəyə 404800 manat pul vəsaiti ödənilmişdir. 2016-cı ildə kənddə 300 hektar buğda, 150 hektar arpa, 40 hektar vələmir, 2 hektar qarğıdalı, 91 hektar kartof, 2 hektar soğan, 17 hektar yonca əkilmişdir ki, bu da keçən ildəkindən xeyli çoxdur.
Nəqliyyat cəhətdən də kənd sakinlərinin təminatı yaxşı təşkil olunmuşdur. Cəfərli kəndində 3, Bala Cəfərli kəndində isə 1 kiçik həcmli avtobus əhaliyə xidmət göstərir.
2016-cı ildə Cəfərli və Bala Cəfərli kəndlərində yerləşən uşaq bağçaları təmir edilərək normal vəziyyətə gətirilmişdir.
Kənd sakinlərindən Məzahir Mustafayev, Telman Kosayev, Sabir Vəliyev, Fazil Yusifov, Mehman Nəbiyev çıxış edərək onlarla tez-tez görüşə gəldiyinə və kənd sakinlərinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,
"Respublika” qəzeti
5 fevral 2017-ci il
Facebook-da paylaş