"Heydər babanın nəvələriyik" başlıqlı tədbir keçirilib
Qazax rayon Heydər Əliyev Mərkəzində müstəqil Azərbaycanın qurucusu ulu
öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar N.Vəliyev
adına Qazax şəhər 5 nömrəli orta məktəbin balaca fidanları ilə birlikdə
"Heydər babanın nəvələriyik" başlıqlı tədbir keçirilib. Məktəbin ibtidai sinif müəllimi Rüxsarə Əhmədova və birinci sinif
şagirdləri əvvəlcə muzeyi ekskursiya edərək ulu öndər haqqında maraqlı məlumatları
dinləyib, maketlərlə yaxından tanış olublar. Sonra uşaqlara Heydər baba haqqında film nümayiş etdirilib, onlar isə
Heydər babalarına olan sevgilərini şeirlərlə çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş