Qazaxda yeni sahibkarlıq mağazası açılıb » Göyəzən internet portalı


Qazaxda yeni sahibkarlıq mağazası açılıb

Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Qazaxda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin istifadəyə verilməsindən daha aydın şəkildə görmək olar.

Bu gün açılışı olan “BEKO” məişət cihazlarının satışı mağazası da Qazaxda sahibkarlığın inkişafına göstərilən dəstəyin daha bir əyani sübutudur.
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Mağaza sahibi Vahid Əsgərov açılış mərasimində çıxış edərək bildirib ki, respublikamızda, eləcə də Qazaxda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, yeni mağazada satılan bütün mallar yüksək keyfiyyətlidir və eyni zamanda, bütün mallara zəmanət verilir. Ona görə də müştərilər axtardıqları malları bizim mağazadan ala bilər.
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Açılış mərasimində iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib, yeni yaradılan mağazaya öz xeyir-duasını verib.

Qeyd edib ki, bu gün respublikamızda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi üçün Qazaxda sahibkarlar üçün geniş imkanlar yaradılır, hər cür dəstək göstərilir. Ona görə də rayonumuzda bu istiqamətdə görülən işlər getdikcə artır və özəl sektor sürətlə inkişaf edir.

Mağazanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra rayon rəhbərliyi mağaza ilə tanış olub, burada satılan məhsulların keyfiyyəti ilə maraqlanıb.
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Məlumat üçün bildirək ki, yeni mağazada satılan malların çeşidi olduqca genişdir. Rayon sakinləri istədikləri müxtəlif növ məişət cihazlarını bu mağazada asanlıqla tapa bilərlər. Hər bir rayon sakinini və qonaqları Qazaxda yeni açılan “BEKO” mağazasına dəvət edirik.

Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
Qazaxda yeni sahibkarlıq mağazası açılıb
GOYEZEN.AZ


Facebook-da paylaş