Təmir işləri yüksək səviyyədə aparılır » Göyəzən internet portalı


Təmir işləri yüksək səviyyədə aparılır

Təmir işləri yüksək səviyyədə aparılır

Qazax rayonunda tikinti-quruculuq işləri gündən-günə daha geniş vüsət alır. Artan templə davam edən bu yenidənqurma işləri şəhərlə yanaşı, kəndlərdə də davam etdirilir. Şəhər mərkəzindən tutmuş sərhəd kəndlərinə qədər, ən ucqar yaşayış məntəqəsinə kimi bütün hər yerdə bir yenilik hiss olunur.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq üçün həmin ərazilərdə olub. İcra başçısı ilkin olaraq Daş Salahlı kəndinə gəlib və Araz Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin həyətində tikilmiş Təhlükəsiz Oyun Meydançası ilə tanış olub.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qazax rayon bölməsinin sədri Qurban Qurbanlı rayon rəhbərinə məlumat verərək bildirib ki, meydança Azərbaycan Qızıl Aypara Cəmiyyətinin layihəsi əsasında inşa olunub. Meydançanın tikintisində məqsəd budur ki, uşaqlar asudə vaxtlarında təhlükəli yerlərə getməsinlər, idmanla məşğul olsunlar. Qeyd edib ki, layihə Litvanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı sayəsində həyata keçirilib. Bildirib ki, bu, rayonumuzda inşa edilən sayca 12-ci Təhlükəsiz Oyun Meydançasıdır.
Təmir işləri yüksək səviyyədə aparılır
Sonra Rəcəb Babaşov kəndin mərkəzində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksin təmiri ilə tanış olub. Olduqca yararsız hala düşmüş bu abidə rayon rəhbərliyinin tapşırığına əsasən əsaslı şəkildə yenidən qurulur. Abidənin üzəri mərmərlə örtülür. Lazım gələn digər təmir-bərpa işləri də görülür və görülməsi nəzərdə tutulub. Rayon rəhbərliyinə məlumat verilib ki, abidə yaxın vaxtlarda yüksək səviyyədə əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcəkdir.
Təmir işləri yüksək səviyyədə aparılır
Təmir işləri yüksək səviyyədə aparılır
Abidə komplekslə tanış olduqdan sonra Rəcəb Babaşov Abbasbəyli kəndinə gəlib və burada inşa olunmuş tibb məntəqəsinə baş çəkib. Rayon rəhbərinə məlumat verilib ki, məntəqə “Türkkızılayı”nın əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən tikilib. Yüksək səviyyədə inşa edilmiş məntəqə iki otaq və dəhlizdən ibarətdir.
Təmir işləri yüksək səviyyədə aparılır
Rayon rəhbərliyi hər iki tikilinin inşasından razı qaldığını bildirərək tapşırıq və tövsiyələrini verib.

Sonra İcra Başçısı şəhərə gələrək N.Nərimanov yaşayış massivindəki 39 saylı binanın təmiri ilə tanış olub. Binada yaşayan sakinlər görülən işlərdən razı qaldıqlarını qeyd edərək aparılan təmir işlərinə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Təmir işləri yüksək səviyyədə aparılır
“Göy bina” deyilən ərazidə də sakinlər Rəcəb Babaşovu böyük səmimiyyətlə qarşılayıblar. Buradakı çoxmənzilli binalarda aparılan təmir-bərpa və tikinti-quruculuq işlərinə görə rayon rəhbərliyinə binalarda yaşayan bütün sakinlər adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, binaların fasad hissəsi rənglənib, bloklar əsaslı şəkildə təmir olunub, dam örtüyü başdan-başa yenilənib. Bir sözlə, binada lazım gələn bütün təmir işləri yüksək səviyyədə həyata keçirilib. Yaşamaq üçün hər cür şərait yaradılıb. Ona görə də bu gün bu çoxmənzilli binaları sözün yaxşı mənasında tanımaq olmur.
Təmir işləri yüksək səviyyədə aparılır
Rəcəb Babaşov ərazidəki bütün binaları gəzərək təmir işləri ilə yaxından tanış olduqdan sonra sakinlərlə də görüşüb. Bildirib ki, bu gün rayonda məcburi köçkünlərin rahat yaşamaları üçün lazım gələn bütün tədbirlər həyata keçirilir. Çalışırıq ki, bu qəbildən olan insanlar asudə və rahat yaşasınlar.

Elçin İSMAYIL

Təmir işləri yüksək səviyyədə aparılır
Təmir işləri yüksək səviyyədə aparılır
Təmir işləri yüksək səviyyədə aparılır
Təmir işləri yüksək səviyyədə aparılır


Facebook-da paylaş