Qazaxda hər gün bir yenilik var
Qazax rayonunda artan templə aparılan tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Konkret inkişaf planları əsasında həyata keçirilən yenidənqurma və abadlıq işləri nəticəsində istər rayon mərkəzi, istərsə də kəndlərimiz daha da gözəlləşir, Qazax respublikamızın ən abad və ən inkişaf etmiş rayonlarından birinə çevrilir.
Rayonun elə bir kəndi, elə bir yaşayış məntəqəsi yoxdur ki, orada quruculuq prosesi həyata keçirilməsin. Dünən gördüyün köhnə yaşayış binaları, yararsız hala düşmüş yollar, səkilər, park və meydanlar, daha nələr, nələr sabah görkəmini dəyişir, daha gözəl və yaraşıqlı olur. Ona görə də mübaliğəsiz olaraq deyə bilərik ki, Qazaxda hər gün bir yenilik var.
Bu yeniliyin, bu quruculuğun memarı isə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. Məhz onun rəhbərliyi və göstərişləri əsasında son 1 il yarım bir müddətdə Qazax gözlərimiz önündə dəyişmiş, köhnə şan-şöhrəti özünə qayıtmağa başlamışdır. Bu isə bütün rayon sakinlərinə, eləcə də kənarda yaşayan həmyerlilərimizə qürur və fərəh hissi verir, insan var qüvvəsi ilə qurub-yaratmağa çalışır.
Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Qazax şəhərindəki 24 çoxmənzilli binalarda təmir işləri həyata keçirilib. Əlavə olaraq daha 20 binada təmir-bərpa işləri həyata keçirilərək yüksək səviyyədə başa çatdırılıb. Bir sözlə, 44 çoxmənzilli bina yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bundan başqa, dövlət proqramına uyğun olaraq təmiri nəzərdə tutulmuş 34 çoxmənzilli binada da təmir işləri tam başa çatdırılıb.
Bu gün Qazaxda 1 saylı körpələr evi-uşaq başçasının binasının tikintisi başa çatdırılıb, yaxın günlərdə istifadəyə veriləcəkdir. Xalçaçılıq fabrikində də son tamamlama işləri görülür. Yaxın vaxtlarda onun da istifadəyə verilməsi gözlənilir. 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi sürətlə davam edir. 6 km uzunluqda olan Qazax-Çaylı avtomobil yolunda işlər yekunlaşmaq üzrədir. 2,5 km uzunluqda olan Qazax-Hüseynbəyli avtomobil yolunun çəkilişi isə başa çatıb. Kosalar və Xanlıqlar kəndlərindəki körpələr evi-uşaq bağçaları əsaslı şəkildə təmir olunaraq yenidən qurulur. Daş Salahlı kəndində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının binaları əsaslı şəkildə yenidən qurularaq yüksək səviyyədə təmir olunub. Daş Salahlı kəndinin küçələrində də təmir və quruculuq işləri aparılır. Belə ki, kəndin mərkəzi küçələrində hasarlar təmir olunaraq ağardılır, evlərin darvazaları rənglənir. Bununla yanaşı Daş Salahlıda olan 1941-1945-ci illər Böyük Vətən Müharibəsinə aid olan abidədə də təmir-bərpa və yenidənqurma işlərinə başlanılıb.
Rayonun giriş hissəsi olan “Sınıq Körpü” buraxılış məntəqəsində də əsaslı işlər görülüb. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Belə ki, təxminən 6 min kvadratmetr ərazini əhatə edən yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında 380 metr dekorativ tor çəkilib, 200-dən çox həmişəyaşıl kol əkilib. Bundan başqa, ərazinin 620 kvadratmetrdən çox hissəsinə tamet döşənib, sərnişinlər üçün dayanacaq düzəldilib, Ölçüsü təxminən 75 kvadratmetr olan çardaqda dam örtüyü yenilənərək polikarbonat materialdan hazırlanmış örtüklə əvəzlənib. 290 kvadratmetr əraziyə asfalt vurulub. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin 21 yerə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. 500 metr taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib.
Rayon rəhbərliyinin tapşırığına əsasən 1 foyedən və 4 zaldan ibarət olan Səməd Vurğun Poeziya Evində təmir işlərinə başlanılıb. Qiraət və digər zallarda, eləcə də foyedə suvaq-astar və üzlük işləri görülür. Eyni zamanda Poeziya Evinin içəri hissəsində işıqlanmada olan çatışmazlıq artıq aradan qaldırılıb. Binanın işıqlandırma sistemi təmir olunaraq yenisi ilə əvəz edilib. Bununla yanaşı, parkın giriş hissəsindən tutmuş ətrafına qədər olan ərazidə də işıq sistemi təmir edilərək müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb. Ona görə də həm binanın içərisi, həm də girişi və ətrafı gecələr nura qərq olur. Poeziya Evindəki parkın işıq sistemi ilə yanaşı həyətindəki fəvvarələr də əsaslı şəkildə təmir olunacaqdır. Fəvvarələrə gələn su xətlərinin yeniləri ilə əvəz edilməsi də nəzərdə tutulmuşdur. Suvaq-astar işləri başa çatdıqdan sonra binada rənglənmə işləri həyata keçiriləcəkdir.
Şəhərdəki Şəhidlər qəbiristanlığı, Yuxarı Salahlı, Çaylı, Xanlıqlar və Daş Salahlı kəndlərində olan Şəhidlər Xiyabanlarında, eləcə də şəhidlərin dəfn olunduğu bütün qəbiristanlıqlarda abadlıq-bərpa işləri aparılıb, onların xatirəsinə çəkilmiş bulaqlarda təmir-bərpa işləri görülərək şəhidlərin adına layiq hala salınıb. Şəhərdə şəhidlərin adına abidə-bulaq kompleksləri tikilib. Hal-hazırda isə şəhərdə Şəhidlər Xiyabanı yenidən qurulur.
Heydər Əliyev adına parkda giriş hissədə olan piramidalar yenidən qurularaq müasir işıqlandırma sistemi ilə təmin olunub. Bundan əlavə “Bir günün 31 şəhidinin xatirəsinə” tikilmiş bulaq da əsaslı şəkildə yenidən qurulub. Şəhəri Ağköynək kəndi ilə birləşdirən yolun giriş hissəsində iki ədəd piramida tikilib və tağla bir-birinə birləşdirilib. Üzərinə ulu öndər Heydər Əliyevin “Siz, əziz qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!” sözləri yazılıb. Eyni zamanda həmin ərazi yeni işıqlanma sistemi ilə təmin olunub.
Ağköynək və Qarapapaq kəndlərinin ayrı-ayrı yaşayış massivlərinə bulaqlar çəkilib və əhalinin içməli suya olan tələbatı ödənilib.
Şəhərin giriş hissəsindəki hasar yenidən qurularaq müasir görkəmə salınır. Eyni zamanda, Azadlıq küçəsində də təmir-bərpa işləri görülür. Oradakı illərdən bəri mövcud olan problem aradan qaldırılır. Şəhəri elektrik enerjisi ilə təmin edən 10 kv-luq Qazax-2 hava xəttində də təmir işləri görülür. Zədəli naqillər, zədəli izolyatorlar dəyişdirilir, yeniləri ilə əvəz olunur. Eyni zamanda, köhnə dirəklərin yerinə yeni beton dirəklər basdırılır. Küçə və səkilər abadlaşdırılır, lazım gələn yerlərə asfalt vurulur.
Qazaxda aparılan tikinti-quruculuq işləri bununla bitmir. Görülən işlərin coğrafiyası və miqyası böyük və geniş olduğu üçün onları bir yazıda vermək mümkün deyil. Rayon sakinləri hər günü bir yeniliklə qarşılayır, hər günü bir quruculuq işləri ilə yola salırlar.

Elçin İSMAYIL
Facebook-da paylaş