Qazaxda Təhlükəsiz Oyun Meydançasının açılışı olub
Qazax rayon Daş Salahlı kənd 2 saylı tam orta məktəbində Təhlükəsiz Oyun Meydançasının açılışı olub.
Mərasimdə iştirak edən Litvanın Azərbaycandakı səlahiyyətli səfiri Valdas Lastauskas çıxış edərək bildirib ki, açlışını etdiyimiz Təhlükəsiz Oyun Meydançası Qazax rayonunda sayca onbirincidir.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova çıxış edərək Litva səfirinə Qazax rayonunda apardığı bu məqsədyönlü işlərinə görə minnətdarlığını bildirib.
Onu da qeyd edək ki, Təhlükəsiz Oyun Meydançası Litva dövlətinin Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Qızıl Aypara Cəmiyyəti tərəfindən inşa edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş