• Təqvim

  • Maraq



Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında

Beynəlxalq İqtisadi Forum dünyanın ən təhlükəsiz ölkələrinin adını açıqlayıb


Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında
Milli.az təşkilata istinadən xəbər verir ki, 141 ölkənin yer aldığı reytinqdə Azərbaycan 36-cı pillədə qərarlaşıb. Dünyanın ən təhlükəsiz ölkəsi isə Finlandiya seçilib. Qətər 2-ci, Birləşmiş Ərəb Əmirlikləri 3-cü, İslandiya 4-cü və Avstriya isə 5-ci pillədə qərarlaşıb.

İlk onluqda Lüksemburq (6), Yeni Zelandiya (7), Sinqapur (8), Oman (9) və Portuqaliya (10) da yer alıb.

Rusiya Beynəlxalq İqtisadi Forumun siyahısında 126-cı yerdə qərar tutub. Sonuncu yeri isə Suriya, Çad və Nigeriya bölüşdürüb.
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasında
Reytinq tərtib olunan zaman ölkələrdə cinayətkarlıq faizi, terror təhlükəsi və hüquq-mühafizə orqanları ilə vətəndaşların münasibətləri əsas götürülüb.


Facebook-da paylaş