Qazaxın sərhəd kəndindən ölkə Prezidentinə ünvanlanmış minnətdarlıq məktubu: Biz Sizinlə fəxr edirik
Möhtərəm cənab Prezident.
Hazırda
bütün dünyanın əsas diqqəti bəşəriyyəti cənginə almış koronavirusla ciddi
mübarizə tədbirlərinə yönəlib. Siz bu pandemiyanın sarsıdıcı zərbələrini dəf
etmək üçün dövlətimizin gücünü, maddi imkanlarını ən ali nemət və varlıq olan
insan sağlamlığının qorunmasına sərf etməkdəsiniz. Bu bəla dinindən, dilindən,
irqindən, milli xüsusiyyətlərindən və sosial mənşəyindən asılı olmayaraq,
hamının problemidir.
Ötən illərin
təcrübəsi göstərir ki, Sizin hər bir məsələdə uzaqgörənliyiniz,
praqmatikliyiniz və tədbirliliyiniz sayəsində dövlətimiz və xalqımız bir çox
qlobal proseslərin mənfi təsirlərindən minimum itki ilə çıxmağa müvəffəq olub. Koronavirus
xəstəliyinin yayıldığı ilk günlərdən Azərbaycan pandemiyanın qarşısının
alınması üçün qabaqlayıcı tədbirlər görməyə başladı. Dövlətin bütün imkanlarını
bir hədəfə istiqamətləndirilməsi ilə yanaşı, insanların da bu proseslərdə
həmrəylik nümayiş etdirməsi olduqca vacib rol oynadı. Xüsusilə də yaşlı nəslin
nümayəndələrinə qarşı həssaslıq yüksək səviyyədə oldu. Yaşlı nəsil bizim
cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli
dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir
və biz bu dəyərləri bundan
sonra da qorumalıyıq. Ona görə də hər bir vətəndaş öz məsuliyyətini anlamalı,
birlik göstərməli, dövlətin tətbiq etdiyi xüsusi qayda və normalara ciddi
riayət etməlidir.
Xalqımız əmindir ki, ölkəmizdə
həyata keçirilən düşünülmüş və məqsədyönlü tədbirlər sayəsində dövlətimiz və
xalqımız bu sınaqdan da üzüağ çıxacaq. Biz Sizinlə fəxr edirik. Sizə və
Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı arzu edirik.
Qazax rayonunun Bala Cəfərli kənd
sakinlərinin adından hörmətlə,
Rəhimov Ceyhun Faiq oğlu.
Azərbaycan Respublikası, Qazax rayonu,
Bala Cəfərli kəndi.
14
may 2020-ci il
Facebook-da paylaş