Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxın sərhəd kəndindən ölkə Prezidentinə ünvanlanmış minnətdarlıq məktubu: Biz Sizinlə fəxr edirik
Qazaxın sərhəd kəndindən ölkə Prezidentinə ünvanlanmış minnətdarlıq məktubu: Biz Sizinlə fəxr edirik15-05-2020, 13:36 |
Möhtərəm cənab Prezident. Hazırda bütün dünyanın əsas diqqəti bəşəriyyəti cənginə almış koronavirusla ciddi mübarizə tədbirlərinə yönəlib. Siz bu pandemiyanın sarsıdıcı zərbələrini dəf etmək üçün dövlətimizin gücünü, maddi imkanlarını ən ali nemət və varlıq olan insan sağlamlığının qorunmasına sərf etməkdəsiniz. Bu bəla dinindən, dilindən, irqindən, milli xüsusiyyətlərindən və sosial mənşəyindən asılı olmayaraq, hamının problemidir. Ötən illərin təcrübəsi göstərir ki, Sizin hər bir məsələdə uzaqgörənliyiniz, praqmatikliyiniz və tədbirliliyiniz sayəsində dövlətimiz və xalqımız bir çox qlobal proseslərin mənfi təsirlərindən minimum itki ilə çıxmağa müvəffəq olub. Koronavirus xəstəliyinin yayıldığı ilk günlərdən Azərbaycan pandemiyanın qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə başladı. Dövlətin bütün imkanlarını bir hədəfə istiqamətləndirilməsi ilə yanaşı, insanların da bu proseslərdə həmrəylik nümayiş etdirməsi olduqca vacib rol oynadı. Xüsusilə də yaşlı nəslin nümayəndələrinə qarşı həssaslıq yüksək səviyyədə oldu. Yaşlı nəsil bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ona görə də hər bir vətəndaş öz məsuliyyətini anlamalı, birlik göstərməli, dövlətin tətbiq etdiyi xüsusi qayda və normalara ciddi riayət etməlidir. Xalqımız əmindir ki, ölkəmizdə həyata keçirilən düşünülmüş və məqsədyönlü tədbirlər sayəsində dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq. Biz Sizinlə fəxr edirik. Sizə və Mehriban xanım Əliyevaya uzun ömür, cansağlığı arzu edirik. Qazax rayonunun Bala Cəfərli kənd sakinlərinin adından hörmətlə, Rəhimov Ceyhun Faiq oğlu. Azərbaycan Respublikası, Qazax rayonu, Bala Cəfərli kəndi. 14 may 2020-ci il Geri qayıt |