Qazaxda xüsusi karantin rejimi müddətində təhsil sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Bildiyiniz kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının
yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlər çərçivəsində2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində
tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin
təxirə salınmasına dair qərar qəbul olunub. Koronavirus infeksiyasının ölkədə
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan
Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci
maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci
il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi
karantin rejimi elan edilib. Hazırda isə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1 may 2020-ci il tarixli
sərəncamına əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci
il mayın 4-dən 31-dək uzadılıb. Odur ki, ölkə ərazisində fəaliyyət
göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin
dayandırılması qüvvədə qalır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda
da bu müddət ərzində şagirdlər üçün təhsilin
intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli
istifadə olunur. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün əlavə tədbirlər
görülür. Bunlardan biri də onlayn dərslər və distant təhsildir ki, Qazaxda
uğurla həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən təhsil sahəsini daim diqqət mərkəzində saxlaması, ölkə
başçısının təhsil sahəsinin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri
iş fəaliyyətinin ayrılmaz tərkib hissəsi hesab etməsi bu gün hər kəsə yaxşı
məlumdur. Bunu rayon rəhbərinin təhsilin keyfiyyətinin artırılması ilə bağlı
mütəmadi olaraq keçirdiyi görüş, iclas və müşavirələrdən, ən əsası da verdiyi
tapşırıq və tövsiyələrdən də aydın şəkildə görmək olur. Bu gün Qazax Rayon İcra
Hakimiyyətində xüsusi karantin rejimi müddətində təhsil sahəsində görülmüş
işlər və qarşıda duran vəzifələrə həsr olunmuş iclas da bunun daha bir əyani
sübutudur. İcra aparatının məsul şəxslərinin və rayon Təhsil şöbəsinin
əməkdaşlarının, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyevin iştirakı ilə keçirilən iclasda aprel
ayının əvvəlindən Azərbaycan Respublikası Təhsil
Nazirliyi və "Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində start
verilən "Virtual
məktəb” layihəsindən söz açılıb. Şagirdlərin"Microsoft Teams”
adlı tətbiqi yükləyərək "Virtual
məktəb” portalında qeydiyyatdan keçmələri, orada təşkil olunan onlayn dərslərdə
iştirak etmələri müzakirə olunub. Təhsil Nazirliyinin təşkilatçılığı ilə
11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş”
kanallarında həftənin 5 günü keçirilən teledərslərə şagirdlərin cəlb olunması, müəllimlər tərəfindən həmin teledərslərdə tədris
olunmuş mövzulara uyğun hazırlanmış tapşırıqların verilməsi ilə bağlı fikir
mübadiləsi aparılıb. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov son illər ölkə başçısı İlham
Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil sahəsinə olan
yüksək diqqət və qayğısı sayəsində paytaxt Bakıda, eləcə də
bölgələrimizdə qazanılan uğur və nailiyyətlərdən danışıb.Qazax təhsilinin ildən-ilə inkişaf
etməsi üçün istər dərsin kəmiyyət göstəricisinin, istərsə də keyfiyyətinin hər
zaman diqqət mərkəzində saxlanıldığını bildirib. İcra başçısı qeyd edib ki, Heydər
Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi sayəsində
respublikamızın bütün bölgələrində yeni-yeni məktəb binalarının inşa olunması,
təmirə ehtiyacı olan məktəblərin əsaslı şəkildə yenidən qurularaq müəllim və
şagirdlərin istifadəsinə verilməsi, məktəblərin maddi-texniki bazasının
möhkəmləndirilməsi Azərbaycanda təhsil sahəsinin dövlətin prioritet
istiqamətlərindən birini təşkil etdiyini əyani şəkildə göstərir. Rayon rəhbəri hazırda
tikintisi davam edən və əsaslı təmiri yekunlaşmaq üzrə məktəblərdən də danışıb.
Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan
1176 şagird yerlik Kosalar kənd tam orta məktəbində əsaslı şəkildə yenidənqurma
işlərinin yekunlaşmaq üzrə olduğunu bildirib. Həmçinin Fond tərəfindən daha bir
məktəbin – Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220
şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə Aydın Məmmədov adına Qaymaqlı
kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni məktəb binalarının
tikintisinin davam etdiyini qeyd edib. Qazaxın timsalında bölgələrdə təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına rayon ziyalıları
adından bir daha minnətdarlığını bildirib. Bugünkü iclasın məqsəd və
əhəmiyyətindən söz açan icra başçısı xüsusi karantin rejimi dövründə 2019-2020-ci
tədris ilində görülmüş işləri və qarşıda duran vəzifələri, təhsilin
keyfiyyətinin artırılması istiqamətində görülən işləri müzakirə etmək olduğunu
diqqətə çatdırıb. Rayon rəhbəri istər
müəllimlərin, istərsə də şagirdlərin "Virtual məktəb” layihəsinə qoşulmalarının
yüksək səviyyədə təşkil olunmasını, şagirdlərin təhsildən geri qalmamaları üçün
bütün səy və imkanlardan maksimum dərəcədə istifadə olunmasını vurğulayıb. Onlayn
dərslərin vaxtlı-vaxtında keçirilməsini qeyd edən rayon rəhbəri bununla bağlı
aidiyyatı üzrə tapşırıqlarını verib. Rayon Təhsil
şöbəsinin müdiri Nizaməddin Babanlı qeyd edib ki, bu gün sevindirici haldır ki, rayonumuz "Virtual məktəb”
layihəsində aktivliyini yüksək səviyyədə davam etdirir. Müəllimlərin təxminən
80 faizinin, şagirdlərin isə 75 faizinin qoşulması da bunun əyani göstəricisidir.
Bundan əlavə, onlayn dərslərin keçirilməsinin də lazımi səviyyədə təşkil
olunduğunu vurğulayıb. N.Babanlı rəhbər kimi fəaliyyətə başladığı ilk gündən təhsil
sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə görə rəhbərlik etdiyi
kollektiv adından rayon rəhbərinə minnətdarlığını bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş