Qazaxlı səhiyyə işçiləri də ölkə Prezidentinə minnətdatlıq məktubu ünvanlayıblar
Möhtərəm
cənab Prezident. Bir səhiyyə
işçisi kimi əminəm ki, xalqımız bu bəladan tezliklə və az itkilərlə xilas
olacaqdır. Siz bu çətin günlərdə xalqımıza böyük dayaq oldunuz. Biz səhiyyə
işçiləri isə daim Sizinləyik. Hər birimizin sağlamlığı naminə gördüyünüz işlərə
görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Birinci
vitse-prezident Mehriban xanıma da dərin minnətdarlığımı bildirirəm. Ulu
Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycanımızın xoşbəxt gələcəyi
və inkişafı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Hörmətlə, Həsənova Sevda Hüseyn qızı, Qazax Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Şurasının sədri. Azərbaycan Respublikası, Qazax rayonu. 27 aprel 2020-ci il
Facebook-da paylaş