Qazaxda Rayon İcra Hakimiyyəti tərəfindən müharibə əlillərinə dəstək olunub
Cənab Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən xeyriyyə aksiyası davam etdirilir. Qazax rayonunda
koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi ilə əlaqədar tətbiq olunan gücləndirilmiş
karantin rejimi günlərində təşkil olunan "Biz birlikdə güclüyük” xeyriyyə aksiyası çərçivəsində Qarabağ müharibəsi əlilləri,
Çernobl əlilləri və hərbi xidmət əlilləri də unudulmayıb. Fəaliyyətə başladığı ilk gündən şəhid ailələri ilə
yanaşı, Qarabağ müharibəsi əlillərindən qayğısını əsirgəməyən Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov belə çətin anda onların yanında olduğunu
bir daha nümayiş etdirib. "Biz birlikdə güclüyük” adlı kampaniya çərçivəsində şəhərdə və kəndlərdə yaşayan
425 nəfər Qarabağ müharibəsi əlilinə, Çernobl və hərbi xidmət əlilinə
müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanıb. Bu gün "Gənc Könüllülər” və aidiyyatı şəxslər tərəfindən ərzaq
məhsullarından ibarət bağlamalar əlillərin yaşadıqları ünvanlara çatdırılıb. "Azərbaycan
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin
Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq
Alıyev, Qarabağ müharibəsi əlillərindən
Baxış Hüseynov, Rəşad Qocayev və başqaları dövlət tərəfindən göstərilən dəstəyi
ölkə vətəndaşlarına olan qayğı kimi qeyd edərək razılıqlarını bildiriblər. Ölkə
başçısı başda olmaqla, rayon rəhbərliyinə onlara göstərilən dəstəyə görə
təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, koronavirus
pandemiyasının dünyanı ağuşuna almaqda davam etdiyi bir vaxtda Prezident İlham
Əliyevin rəhbərliyi altında göstərilən bu qayğı bir daha sübut etdi ki, Azərbaycan
dövləti dar gündə də, xoş gündə də hər zaman vətəndaşının yanındadır. "Biz
birlikdə güclüyük!” şüarı altında başlanılan yardım kampaniyası da bunun əyani
sübutudur.
GOYEZEN.AZ
Facebook-da paylaş