Qazaxda daha bir ünvanda abadlıq işlərinə başlanılıb
Hər kəsə yaxşı
məlumdur ki, son 4 ildir ki, Qazax rayonu ölkə başçısı cənab İlham Əliyevin və
rayon rəhbərliyinin qayğısı sayəsində gündən-günə inkişaf edir, özünün intibah
dövrünü yaşayır. Bu qısa zaman kəsiyində Qazaxda elə bir sahə tapılmaz ki, bu
illər ərzində həmin sahələrdə yeniliyin şahidi olmayaq. Elm, təhsil, səhiyyə,
idman, kənd təsərrüfatı, eləcə də digər sahələrdə qazanılan nailiyyətlər bir
daha onu sübut edir ki, Qazax hər bir sahədə uğur əldə edə bilər. Son illər
Qazaxda daha geniş vüsət alan işlərdən biri də rayonda aparılan abadlıq və
quruculuq işləridir. Bu gün bu işlər nəticəsində Qazax böyük bir tikinti
meydançasını xatırladır. 2016-cı ildən start verilən abadlıq və quruculuq
işləri bu il də uğurla davam etdirilir. Ötən illər ərzində rayonda yeni asfalt
yolların çəkilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması
istiqamətində çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri, çoxsaylı
məktəb binalarının, körpələr evi-uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə
yenidən qurulması bu il də geniş miqyasda həyata keçirilir. Xeyli vaxtdır ki, Qazaxda "Abad
məhəllə” layihəsinin icrası çərçivəsində su və kanalizasiya
sisteminin çəkilişi başa çatan N.Nərimanov qəsəbəsində 6 bloklu, beşmərtəbəli,
60 mənzilli 49 saylı, hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3
saylı binaların yerləşdiyi ərazidə aparılan quruculuq işləri bir daha onu sübut edir ki, illər ötür və Qazax
respublikamızın ən abad rayonlarından birinə çevrilir. Bu gün isə Qazaxda daha bir ünvanda abadlıq işlərinə
başlanılıb. Belə ki, su və kanalizasiya sisteminin çəkilişi başa çatan Səməd
Vurğun döngə 6 ünvanında quruculuq işlərinə start verilib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin ərazidə olub, görülməsi nəzərdə tutulan işlər
barədə tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, həmin ərazidə köhnə bardürlər sökülərək
yenilənəcək və asfalt döşənəcək. Burada aparılacaq quruculuq işləri sayəsində
həmin ərazi yeni görkəm alacaq.
Qazax şəhəri, S.Vurğun döngə 6 ünvanı GOYEZEN.AZ
Facebook-da paylaş