İcra başçısı Səyyar “ASAN qatar”da vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Xəbər verdiyimiz kimi, bu il artıq dördüncü dəfədir ki, Səyyar
"ASAN qatar” Qazaxdarayon sakinlərinə xidmət
göstərir. Fevralın 3-dən etibarən Qazax şəhəri, Ə.Qədirov
küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar
"ASAN qatar”da vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi üçün hər
cür şərait yaradılıb. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar "ASAN qatar”ın yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb. "ASAN qatar” nümayəndələrinin rahat şəkildə fəaliyyət göstəmələri üçün yaradılan şəraitlə
tanış olub. Sakinlərin fikirlərini öyrənib, necə xidmət göstərilməsi barədə
soruşub. Səyyar "ASAN
qatar”ın qrup rəhbəri Elgiz Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən "ASAN
xidmət” mərkəzlərinin olmadığı regionlarda Səyyar "ASAN qatar” xidmətinin həyata
keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat,
yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir. Qrup rəhbəri qeyd edib ki, 3 vaqondan ibarət qatarda səyyar şəkildə göstərilən
xidmətlər əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə
Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Fevralın 29-dək Səyyar "ASAN
qatar” vasitəsilə sakinlərə 27 günmüddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət
vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının
verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyiüzrə notariat
fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində
mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət
qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə)
dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində
mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların,
texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının
təyin edilməsi, funksional
yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb
xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu) daxildir. E.Həsənov rayon rəhbərinə bildirib ki, bu günə kimi müraciət etmiş 4279nəfərdən 4133 nəfərə xidmət göstərilib.
Qrup rəhbəri əsasən vətəndaşların ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, notariat
fəaliyyəti ilə bağlı müraciət etdiklərini qeyd edib. Müraciət edən
vətəndaşlardan şəhərdə yaşayan sakinlərlə yanaşı, rayonun kəndlərində yaşayan
sakinlərin də üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Respublika
Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin
etmək məqədilə təşkil olunmuş bu xidməti bu gün müraciət etmiş rayon sakinləri
də yüksək qiymətləndiriblər. Onlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə
ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Vətəndaşlara
göstərilən gözəl və nümunəvi xidmətlərinə görə bütün dünyada bir brendə çevrilən "ASAN
xidmət”i Azərbaycanda həyata keçirilən ən uğurlu layihələrdən biri hesab
etdiklərini vurğulayıblar. Məlumat üçün onu da qeyd
edək ki, Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü
saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə
içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan
15:00-dək) həyata keçirilir. GOYEZEN.AZ
Facebook-da paylaş