• Təqvim

  • Maraq



Səyyar “ASAN qatar” Qazaxa gəlib

Səyyar “ASAN qatar” Qazaxa gəlib
Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” bu gün Qazax rayonuna gəlib.
Səyyar “ASAN qatar” Qazaxa gəlib
Qazax dəmiryolu vağzalında qatarın əməkdaşları böyük səmimiyyətlə, gül-çiçəklə qarşılanıb. Qarşılanma mərasimində iştirak edən rayon sakinləri “ASAN qatar”ın ilk olaraq Qazaxa gəlməsinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Səyyar “ASAN qatar” Qazaxa gəlib
Fevral ayının 1-dən etibarən ilk olaraq səyyar “ASAN qatar” vasitəsilə Qazaxda sakinlərə 15 gün müddətində səyyar formada xidmət göstəriləcəkdir.
Səyyar “ASAN qatar” Qazaxa gəlib
GOYEZEN.AZ saytı bildirir ki, səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. “ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin “ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə yaradılıb. Səyyar “ASAN qatar” vasitəsilə 4 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 9 növ xidmət göstəriləcəkdir. Eyni zamanda, qatarda 3 növ funksional yardımçı xidmətlər - foto və tibb xidməti, o cümlədən “Azərpoçt” MMC tərəfindən göstərilən bank xidmətləri təşkil edilib. Burada ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin xidmətləri üçün ayrıca pəncərə yaradılıb.
Səyyar “ASAN qatar” Qazaxa gəlib
Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.

Səyyar “ASAN qatar” Qazaxa gəlib
Səyyar “ASAN qatar” Qazaxa gəlib


Facebook-da paylaş