• Təqvim

  • Unutma

  • Maraq



Suyu bulandırmaq kimə lazımdır? BAŞ REDAKTOR YAZIR

Qazaxlılara, yoxsa Qazaxda tikinti-quruculuq işlərini görmək istəməyən qara qüvvələrə?


Bu sətirləri oxuyan hər bir qazaxlı, hər bir rayon sakini qoyulan sualın cavabını bir cümlə ilə, özü də qətiyyətlə verə bilər. Və elə burada da bu yazıya nöqtə qoymaq olardı. Amma son aylar Qazaxa olan marağı nəzərə alıb sualın cavabını real faktlarla verməyə çalışacağam. Həm də çalışacağam ki, bu zaman nəyi isə artırıb azaltmayım.

Məqsədim tərif dolu məqalə yazmaq deyil, görülən işləri və mövcud vəziyyəti hörmətli oxucuların nəzərinə olduğu kimi çatdırmaqdır. Onu da qeyd edim ki, bu məqalə çoxsaylı oxucuların narahatlığı müqabilində yazılıb. Mənə və internet portalının ünvanına daxil olan saysız-hesabsız müraciətlərin əsasında qələmə alınıb.

Amma mən qeyd etdiyim kimi, son 5 ay ərzində (Nə üçün son 5 ay ərzində? Ona görə ki, son günlər Qazax haqqında yazılan yazılarda məhz bu dövrə ləkə yaxmağa səy göstərilir) Qazaxda görülən işləri bir yazıya sığışdırmaq mümkün deyil.

Paralel olaraq həmin dövrdə insanlara göstərilən diqqət və qayğını da bir məqalədə vermək mümkünsüzdü. Amma nə qədər çətin olsa da mən ardıcıllıqla onlar barədə hörmətli oxuculara qısaca məlumat verməyə çalışacağam.

2016–cı ilin 19 mayından başlayacağam. Həmin gündən ürəklərə inam, qollara qüvvət, qəlblərə təpər, vüqar gəldi. Bu qüvvət və inamı, bu əzəmət və vüqarı isə bütün qazaxlılara Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinin Başçısı təyin olunan Rəcəb Babaşov verdi.

Bir sözlə yazılan inam, qüvvət, cəsarət, ümid, qayğı sözlərini insanın qəlbində yaratmaq isə olduqca çətin və məsuliyyətli bir məsələdir. Amma Rəcəb Babaşov ölkə başçısının tapşırıq və tövsiyələrini, qarşıya qoyduğu vəzifələri öz gündəlik fəaliyyətində rəhbər tutaraq gərgin əməyi, böyük təcrübəsi və tükənməz enerjisi ilə bu deyilənləri bacardı. Özü də çox yüksək səviyyədə.

Bu gün görülən işlərə baxaraq birmənalı şəkildə demək olar ki, Qazax özünün tarixi günlərini yaşayır. Bəli, indi rayonun sözün həqiqi mənasında ən yeni tarixi yazılır.

Rayonun qədimiliyi saxlanılmaqla ona yeni bir həyat verilir. Elə bir sahə yoxdur ki, orada bir yenilik olmasın. Elə bir məsələ yoxdur ki, o, diqqətdən kənarda qalsın. Elə bir problem yoxdur ki, o, öyrənilib həll edilməsin.

Elə bilməyin ki, bu dediklərim təkcə rayon mərkəzində həyata keçirilir. Tikinti-quruculuq işləri tək şəhərdə deyil, kəndlərdə, hətta sərhəddəki yaşayış məntəqələrində belə aparılır.

Ona görə də mübaliğəsiz olaraq demək olar ki, Qazaxın dörd bir tərəfində, rayon mərkəzində, eləcə də sərhəd kəndlərində insanlar qurub-yaradır. Öz zəhmətlərini, qüvvə və bacarıqlarını yaşadıqları elin çiçəklənməsinə, inkişaf etməsinə sərf edirlər. Görülən çoxşaxəli və genişmiqyaslı işlərin nəticəsidir ki, bu gün Qazax tikinti meydançasını xatırladır.

Rəcəb Babaşov fəaliyyətə ilk növbədə öz iş yerindən, rayon İcra Hakimiyyəti Aparatından başladı. Belə ki, bu binanın qapılarını bütün rayon sakinlərinin üzünə açdı. İcra Hakimiyyəti Rəcəb Babaşovun özünün dediyi kimi asan xidmət mərkəzi oldu.

5 ay bundan əvvəl problemlər çox idi. Bu problemləri həll etmək üçün isə gün ərzində gündəlik iş rejimində, yəni gündə 8 saat deyil, daha çox çalışmaq lazım gəlirdi. Rayon rəhbərliyi də məhz bu yolu seçdi.

Bütün qapıları insanların üzünə açandan sonra elə onlarla da əl-ələ verib bütün günü tükənməz enerji və var qüvvəsi ilə çalışmağa başladı. Saat neçə olmasından asılı olmayaraq vətəndaşları qəbul elədi. Sonra isə verdiyi tapşırığın icrasının nəticələrini yoxlamağa getdi.

Belə olmasa bir problem bu gündən sabaha keçəcək və sabah problemlərin sayı daha çox olacaqdı. Nəticədə nə alındı? Nəticədə rayon sakinlərinin qəlbindəki inamsızlıq buzu əridi, bir gündə bir deyil, bir neçə problem həll olundu.

Rəcəb Babaşov rahat kabinetdə oturmadı və bu gün də elədir. Tez-tez sərhəd kəndlərinə - Məzəmə, Quşçu Ayrıma, Böyük və Bala Cəfərliyə, Fərəhliyə gedərək bu kəndlərin bir sakini oldu.

Həmin kəndlərdəki sakinlər “Biz axır ki, bizimlə maraqlanan icra başçısı gördük” - deyərək ona inam gətirdilər və beləliklə də məmur-xalq birliyi yarandı. Bu birlik nəinki sərhəd kəndlərində, eləcə də digər yaşayış məntəqələrində qərar tutdu və son nəticədə rayon rəhbərliyi ilə rayon sakinləri bir yumruq kimi birləşdi.

Bu birlik indiyə qədər rayonda olan bütün neqativ halları–inamsızlığı, bürokratiyanı, rüşvətxorluğu, ələbaxımlılığı, biganəliyi və daha bu kimi mənfi halları aradan qaldırdı və onları birdəfəlik tarixin arxivinə atdı.

Qazaxlılar zaman-zaman çox yüksək nəticələrə, rayonun adına şöhrət gətirən məsələlərə imza atmışlar. İndi isə vaxtı qabaqlamaqla bütün respublikaya nümunə göstərirlər. Bəli, vaxtı qabaqlamaqla. Bunu ona görə belə yazıram ki, rayonda görülən işlərlə ötən 5 ay vaxt arasında riyaziyyatçıların dili ilə desək, bir tərs mütənasiblik yaranıb.

Belə ki, Qazaxda aparılan tikinti-quruculuq işləri ötən bu qısa zaman kəsiyinə sığışmır. Hətta mübaliğəsiz olaraq deyə bilərəm ki, adamın inanmağı belə gəlmir. İnanmağı gəlmir ki, 5 ay ərzində saya gəlməyən, illərlə vaxt tələb edən işlər görülüb başa çatdırılmışdır.

Bu, nə qədər qəribə səslənsə də, belədir. Mən yalnız onların adlarını qeyd edəcəyəm:

Kosalar kəndinə 11 km uzunluğunda asfalt yol çəkilib, neçə-neçə kəndin yolları əsaslı şəkildə təmir olunub.
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?
Düşmənlə üz-üzə dayanan Məzəm kəndində əhalinin təhlükəsizliyi üçün 780 metr uzunluğunda, 3 metr hündürlüyündə istinad divarları çəkilib. Bu işlər Quşçu Ayrım və Bala Cəfərli kəndlərində də görülüb.
Suyu bulandırmaq kimə lazımdır?
Bala Cəfərlidəki düşmən tərəfindən deşik-deşik edilən 25 evin dam örtükləri tamamilə yenilənib.
Suyu bulandırmaq kimə lazımdır?
Qazaxbəyli, Ürkməzli və Aslanbəyli kəndlərinə içməli su çəkilib. Onlarla subartezian quyuları bərpa olunub, bir neçəsi isə yeni qazılıb və bu proses davam etməkdədir. Bununla da suvarma suyunda olan problemlər birdəfəlik aradan qaldırılıb.
Suyu bulandırmaq kimə lazımdır?
Ötən 5 ayda 2 yeni məktəb binası tikilib. 1 məktəb binası isə əsaslı şəkildə təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.
Suyu bulandırmaq kimə lazımdır?
Bağçaların ərzaqla təminatı yaxşılaşdırılıb. Körpələrin yeməyinə uzanan qara əllər birdəfəlik kəsilib. Xəstəxanalarda da eyni işlər həyata keçirilib.

Rayonun girişindəki Obelisk tamamilə yenilənib. Ətrafı başdan-başa yaşıllığa qərq olub, ağaclar, güllər əkilib, yeni bir görkəmə salınıb.
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?
Fərrux ağa Qayıbovun xatirəsinə Təyyarə Abidə Kompleksi salınıb.
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?

Məşəl Meydanı əsaslı şəkildə yenidən qurulub, ətrafı yaşıllaşdırılıb. Gül və dekoratıv ağac kolları əkilib.
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?
Bayraq Meydanı isə yeni bir görkəmə salınıb.
Suyu bulandırmaq kimə lazımdır?
I Şıxlı kəndində böyük bir kəndli-fermer təsərrüfatı yaradılıb.
Suyu bulandırmaq kimə lazımdır?
“Daş Salahlı” yarımstansiyası istifadəyə verilib.
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?
Sınıq Körpü Keçid Məntəqəsində bir sıra işlər görülüb, yüksək şərait yaradılıb.

Rayon Tarix Diyarşünaslıq Muzeyi inşa olunaraq istifadəyə verilib.
Suyu bulandırmaq kimə lazımdır?
Heydər Əliyev prospektində, eləcə də digər küçələrdə evlərin yararsız olan dam örtükləri yeniləri ilə əvəz olunub. Darvazalar dəyişdirilib. Eyni zamanda şəhərin küçələri abadlaşdırılıb, hasarlar rənglənib, səkilər yaşıllığa qərq olub.

Bu, hələ harasıdır. Bunların üstünə miqyası böyük olmayan onlarla, yüzlərlə görülən gündəlik tikinti-abadlıq işlərini də gəlsək, onda rayonda görülən işlərin miqyasının nə qədər böyük və geniş olduğunu təsəvvür etmək o qədər də çətin deyil.

Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən bəyan edib ki, şəhid ailəsi mənim öz ailəmdir. Bu amalla da şəhidlərə böyük ehtiram, qayğı və diqqət göstərib və bu, bu gün də belədir. İlk növbədə şəhərdəki şəhidlər qəbiristanlığı əsaslı şəkildə yenidən qurularaq şəhidlərin adına layiq bir hala salınıb.
Suyu bulandırmaq kimə lazımdır?
Suyu bulandırmaq kimə lazımdır?
Eyni işlər Daş Salahlı, Yuxarı Salahlı kəndlərində də görülüb. Bu proses Xanlıqlar və Çaylıda da davam etdirilir.
Suyu bulandırmaq kimə lazımdır?
Aprel şəhidlərinin adları əbədiləşdirilib və onların xatirəsinə şəhərdəki Heydər Əliyev prospektində 3 bulaq inşa olunub. Eyni zamanda şəhidlərin ad günləri qeyd edilib. Şəhid ailələri yüksək səviyyədə diqqət və qayğı ilə təmin olunub.
Suyu bulandırmaq kimə lazımdır?
Qarabağ əlillərindən bir neçəsinin evlərində əsaslı təmir-tikinti işləri görülüb və yaşayış şəraitləri yaxşılaşdırılıb.

Son 5 ayın ən diqqətçəkən məqamlarından biri də odur ki, rayonda vətəndaş amili kölgə vəziyyətindən ön plana çəkilib. Əhalinin icra başçısı və icra aparatı tərəfindən qəbul edilməsi olduqca asanlaşıb.

Belə ki, indi qəbul günlərindən başqa günün istənilən vaxtında vətəndaşlar icra başçısı da daxil olmaqla hər bir zaman qəbul olunurlar. Bu sahədə olan məhdudiyyətlər nəinki aradan qaldırılıb, eyni zamanda vətəndaşların xeyrinə dəyişdirilib.

Bəli, bu gün ehtiyac bilən hər bir vətəndaş həm rayon rəhbərliyinə, həm də digər rəhbər işçilərə günün istənilən vaxtında müraciət edə bilir. Bu da son nəticədə vətəndaş-məmur anlaşılmazlığını aradan qaldırır, insanların qaldırdıqları məsələlərə dərhal reaksiya verilir.

Qazaxda görülən işlərə, həyata keçirilən abadlıq və quruculuğa möhtərəm Prezidentimiz İlham Əliyev bu günlərdə rayona səfəri zamanı yüksək qiymət verdi.
Bəli, bəlkə də bəzilərinə qəribə gəlsə də bu gün Qazaxda real vəziyyət belədir.

Belə olan halda isə görəsən əlinə qələm alıb rayonda görülən işlərə kölgə salmaq, ona ləkə yaxmaq olarmı? Bilirəm ki, bu sətirləri oxuyan hər bir vicdanlı adam deyəcək ki, xeyr.

Doğrudan da vicdanı olan hər bir adam Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərini, əhaliyə göstərilən münasibəti alqışlamalıdır və alqışlayır da. Alqışlamırsa, deməli qəlbi qara adamdır. Yalnız qəlbi qara olan adamlar bu işlərə ləkə yaxmağa çalışar.

Bu gün Qazaxda mənəviyyat da, qəlb də, sular da durudur. Həm də o qədər duru və şəffafdır ki, onu bulandırmağa heç kimin və heç nəyin qüvvəsi çatmaz.

Bəs onda bu şəffaf suyu bulandırmaq kimə lazımdır? Qazaxlılara, yoxsa Qazaxda görülən bu qədər böyük işləri görməyənlərə, “gözdən” zəif olanlara?

Mənə elə gəlir ki, qoyduğum sualın cavabı elə suyun özü kimi aydındır. Əlbəttə, ikinci tərəflərə. Görəsən kimdir Qazaxın inkişafını gözü götürməyənlər? Bilmirəm, amma hər kimdirsə o, bizdən deyil.

Artıq 5 aydan çoxdur ki, Qazaxda “Quruculuq” adlı bir qatar yola düşüb. Və bu qatar çox sürətlə, inamla irəli gedir. Onu bu yoldan heç nə, heç bir qüvvə döndərə və saxlaya bilməz.

Çünki bu qatarın yolu haqq yoludur. Ona görə də yaxşı olar ki, heç kim əbəs yerə buna cəhd etməsin.

Elçin İSMAYIL


Facebook-da paylaş