• Təqvim

  • Unutma

  • Maraq



Şəhidlik ruhuna hədsiz ehtiramın təcəssümü...

Respublika mətbuatı Qazax haqqında


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 29 dekabr 2019-cu il tarixli 9-21/234 nömrəli Sərəncamına əsasən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında 20 Yanvar faciəsinin 30-cu ildönümü geniş şəkildə qeyd olunub.

Tədbirlər planının davamı olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında ucaldılmış memorial abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar izdihamlı anım mərasimi keçirilib.

Şəhidlərin ruhuna dua oxunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra könüllülərdən Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Pəri İbrahimova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin III kurs tələbəsi Ləman Hüseynova və II kurs tələbəsi Tutu Qocayeva şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Daha sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatının məsul işçiləri və hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Şəhidlər xiyabanında memorial önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.

"Respublika” qəzeti

24 yanvar 2020-ci il




Facebook-da paylaş