• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
Bu gün Qazax rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Kollecin "İdeoloji Mərkəz" zalında keçirilən anım tədbirində tələbələr, müəllimlər, rayonda çalışan fəal gənclər, KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq 20 Yanvar hadisəsinin xalqımızın başına gətirilən ən dəhşətli faciə olmasından danışıb.

Sonra rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Kollecin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşı olması ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi, qürur və şərəf günü kimi yaddaşlara həkk olunmasından söz açıblar.

Sonda kollecin II kurs tələbəsi İlkanə Qarasaqqalova faciəyə həsr olunmuş şeir səsləndirib.

20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir
GOYEZEN.AZ


Facebook-da paylaş