“Hüquqi dövlətin əsasları” adlı olimpiadanın qalibləri mükafatlandırılıb
Qazax, Ağstafa, Tovuz və Şəmkir
rayonlarında məktəblilər və tələbələr arasında Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin təşkilatçılığı, Təhsil Nazirliyi və adları çəkilən rayonların İcra
Hakimiyyətlərinin dəstəyi ilə keçirilən 12 Noyabr - Konstitusiya Gününə həsr
olunmuş "Hüquqi dövlətin əsasları” adlı olimpiada uğurla başa çatıb. Noyabrın 8-də Şəmkir rayonundakı Heydər Əliyev Mərkəzində olimpiada
qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Konstitusiya Məhkəməsinin Konstitusiya
Hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova bütün qalibləri təbrik edərək gələcək
işlərində uğurlar arzulayıb. Olimpiadanın yüksək səviyyədə başa çatmasında göstərdiyi
dəstəyə görə Rayon İcra Hakimiyyətlərinin rəhbərliyinə, əməyi keçən insanlara
minnətdarlığını bildirib. Mükafatlandırma mərasimində
iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova bu
cür olimpiadanın təşkilinə, məktəblilərin, eləcə də tələbələrin hüquq sahəsində
biliklərinin artırılması istiqamətində həyata keçirilən layihəyə görə təşkilatçılara
təşəkkürünü çatdırıb və bu cür olimpiadaların keçirilməsini yüksək qiymətləndirib.
Məlumat üçün qeyd edək ki, bu
il Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarında keçirilən olimpiadada 28 məktəb,
Bakı Dövlət Universitetinin filialı və 2 kollecdən ümumilikdə 800 gənc iştirak
edib və qaliblər müəyyənləşib. Olimpiadanın
nəticələrinə əsasən, Qazax rayonu birinci, Şəmkir rayonu ikinci, Ağstafa rayonu
isə üçüncü yerə layiq görülüb. Qazaxda təşkil olunan olimpiadada rayonun 7
məktəbinin – S.Əfəndiyev adına şəhər 1 nömrəli, S.Vurğun adına şəhər 2 nömrəli
tam orta məktəblərin, M.Hüseyn adına məktəb-liseyin, V.Göşşüyev adına Çaylı
kənd 1 nömrəli və E.Cəfərov adına Çaylı kənd 2 nömrəli, A.Əmilov adına Daş
Salahlı kənd 1 nömrəli və Ş.Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta
məktəblərin hər birindən 20 nəfər X sinif şagirdləri, Bakı Dövlət
Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin
tələbələri (7 qrup, hər qrupda 15 nəfər tələbə) iştirak edirdi. Gənclər arasında hüquqi mədəniyyətin
və biliklərin inkişafı, Azərbaycan Respublikası Konstitusiyasının əsasları və
mahiyyətinin daha dərindən öyrənilməsi məqsədilə təşkil olunan olimpiadada
şagirdlərə və tələbələrə Azərbaycan Respublikası Konstitusiyasını əhatə edən 50
sual təqdim olunub. Məktəblər üzrə S.Əfəndiyev
adına şəhər 1 nömrəli tam orta məktəb I yerə çıxaraq olimpiadanın qalibi adını
qazanıb. Məktəbin şagirdlərindən Tamər Musalı, Fidan Eyubova, Mehriban Miralı,
Bahar Musayeva, Aygün Əmrahzadə, Məhəmmədəli Quluyev fərqləniblər. E.Cəfərov
adına Çaylı kənd 2 nömrəli tam orta məktəb isə II yerə layiq görülüb. Məktəbin
şagirdlərindən Nəcəfova Anarə Vasif qızı dörd rayon üzrə məktəblər arasında keçirilən
olimpiadada 98 balla ən yüksək nəticəni göstərərək I yeri tutub. Digər şagirdlərdən
Aybəniz Nuruyeva və Nuranə Nuruyeva da həmyaşıdları arasında fərqləniblər.
Olimpiadanın üçüncüsü isə S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəb olub.
Şagirdlərdən Səbinə Kosayeva və Nəsibə İsayeva da olimpiada iştirakçıları arasında
fərqlənməyi bacarıblar. A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin
şagirdi Nəzrin Aşırova da olimpiadanın Diplomunu qazanmağı bacarıb. Tələbələr arasında təşkil
olunan olimpiadanın qalibləri də bəlli olub. Bakı Dövlət Universiteti Qazax
filialının tələbələrindən Kamil Müvəssəqi, Nərmin Qurbanlı, Şaban Niftalıyev və
Hətəm Carçılı göstərdikləri nəticələrə görə öz tələbə yoldaşlarından seçiliblər.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Şəbnəm Yusifzadə, Tovuz Heydərova
və Nəsir Əhmədov da bilik nümayiş etdirərək təhsil aldıqları kollecə Hüquq
kubokunu qazandırıblar. Bütün qaliblərə Diplomlar, kuboklar və içərisində müxtəlif
ləvazimatlar olan çantalar təqdim olunub. Biz də öz növbəmizdə qalib
adını qazanan bütün şagird və tələbələri təbrik edir, rayonumuzun adını bundan
sonra da həmişə uca tutmalarını arzulayırıq.
GOYEZEN.AZ
Facebook-da paylaş