“Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli filmin təqdimatı başa çatıb
Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə Qazax rayon Gənclər və İdman İdarəsinin məsləhətçisi və filmin ssenari müəllifi İsmayıl Süleymanov açaraq layihə haqqında qısa məlumat verib.
Sonra sənədli film nümayiş etdirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı Davud Süleymanov, 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin məsləhətçiləri Əbülfət Qafurov və Anar İsmayılov, eləcə də orta ümumtəhsil məktəblərindən və gənclərin digər təbəqələrindən ümumilikdə 50 nəfər iştirak edib.
Facebook-da paylaş