Qazaxda 12 Noyabr - Konstitusiya Günü qeyd olunub
Qazax rayonunda 12 Noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbirdə RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və təşkilat rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, gənclər, QHT və KİV nümayəndələri iştirak ediblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq xalqımızı və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Bildirib ki, bu gün biz bura Azərbaycanda Konstitusiya Gününün qeyd olunması münasibətilə toplaşmışıq. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumillikdə isə respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSRİ-nin 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxdı. Bunun üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmış və 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olmuşdur. Konstitusiya əsas qanun kimi uzun müddət qüvvədə olması nəzərdə tutulan, hüquqi xüsusiyyəti və məzmun sabitliyi ilə səciyyələnən normativ hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla edilə bilər.
Son illərdə keçirilmiş ictimai rəy sorğularının nəticələrinə əsaslanaraq söyləmək olar ki, cəmiyyətdə Konstitusiyanın nüfuzu durmadan artır. Azərbaycanın müstəqil həyatı göstərir ki, iqtisadi tərəqqi prosesi nə qədər çətin olsa da, Azərbaycanın dünya birliyində nüfuzu artmış, ölkəmiz davamlı inkişaf yolundadır. Bu istiqamətdə görülən işlərdə Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri böyük olmuşdur.
Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi ötən illər ərzindəki fəaliyyəti dövlət siyasətinin əsas istiqamətlərini və yeni sosial-siyasi təmayüllərini təkmil şəkildə müəyyəndləşdirməklə yanaşı, həm də böyük uğurlarla əlamətdar olmuşdur. 2003-cü ilin 31 oktyabrında Vətənə, dövlətə, xalqa sədaqət andı içərək prezident səlahiyyətlərini üzərinə götürən İlham Əliyev bu illər ərzində Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanı daha da gücləndirdi, zənginləşdirdi və hərtərəfli inkişaf etdirdi.
Konstitusiya islahatlarının ictimai münasibətlərin hüquqi tənzimlənməsi prosesində praktik surətdə tətbiqi baxımından milli qanunvericiliyin təkmilləşdirilməsi də yeni mərhələ üçün qarşıda duran əsas vəzifələrdən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 aprel 2009-cu il tarixli “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncamı məhz bu məqsədə xidmət etmişdir.
Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının təminatında yeni mərhələnin əsasını qoymuş 2009-cu il mart ayının 18-də keçirilmiş referendum mühüm siyasi kampaniya olaraq respublikamızın demokratik islahatlara, vətəndaş cəmiyyəti yoluna sadiqliyini sübut edir. Ümidvarıq ki, mütərəqqi xarakterli Konstitusiya islahatından sonra Azərbaycanda milli qanunvericiliyin liberallaşdırılması prosesi daha da sürətlənəcək, yeniləşən qanun və normativ-hüquqi aktlar ictimai həyatımızın müasirləşdirilməsini təmin edəcəkdir.
Bu referendumda Konstitusiyanın 28 maddəsində bu və ya digər dəyişikliklərin aparılması ümumxalq səsverməsinə təqdim olunmuş və qəbul olunmuşdur.
18 iyul 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsi barədə sərəncam imzalamışdır. .Layihəyə görə Azərbaycan Respublikasının Konstitusiyasının 42 maddəsinə 29 dəyişiklik təklif edilirdi.
Həmin tarixlə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərildi.
26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsinin (referendumun) nəticələri Azərbaycan vətəndaşlarının iqtidara olan dərin inamını bir daha əyani şəkildə nümayiş etdirmişdir. Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında həyata keçirilən siyasi və iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən birmənalı dəstəklənməsinin və müdafiə olunmasının bariz nümunəsidir.
Mövzu ətrafında RİHB Aparatının məsul işçiləri Müşviq Pirverdiyev və Səba Paşayeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecin şöbə müdiri Elvira Əfəndiyeva, şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva və başqaları çıxış ediblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq 12 noyabr - Konstitusiya Günü münasibətilə xalqımızı bir daha təbrik edib, hamıya möhkəm cansağlığı, hər kəsə Azərbaycanımız və dövlətimiz naminə öz işlərində səmərəli fəaliyyət arzulayıb.

Elçin İSMAYIL
Facebook-da paylaş