İcra başçısı çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri ilə maraqlanıb
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində təmir işləri aparılan,
Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin
yaşadığı Ş.Xiyabanı 25, eləcə də M.V.Vidadi 14 saylı binalarda
olub görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, hazırda Ş.Xiybanı 25 və 27 saylı binaların xarici fasadında suvaq, bloklarında
isə üzləmə işləri görülür. Təmir işləri ilə yaxından
tanış olan icra başçısı binalarla yanaşı sakinlərin istəyinə əsasən həyətdə də
abadlıq işlərinin aparılmasını bildirib. Görülən bütün işlərin bina
sakinlərinin istəyinə uyğun şəkildə yerinə yetirilməsini qeyd edib və işlərin
keyfiyyətlə aparılmasını vurğulayıb. Bununla bağlı aidiyyəti üzrə tapşırıq
verib. Sonra icra başçısı M.V.Vidadi
küçəsi 14 saylı binada görülən işlərlə tanış olub. Bu binada da işlərin keyfiyyətlə
aparılmasını bildirib. Bina sakinləri adından minnətdarlıq
edən Tamaşa Mustafayeva uzun illərdən sonra yaşadıqları binada belə yüksək səviyyədə
təmir işlərinin aparıldığını qeyd edib və sakinlər adından təşəkkürlərini
çatdırıb. Ölkə vətəndaşlarının maddi rifah halı ilə yanaşı, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlərə görə ölkə başçısına və rayon rəhbərinə
minnətdarlığını bildirib. Onu da qeyd edək ki, son 3
ildə əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü işlərin nəticəsidir ki, rayonda mövcud olan 163
çoxmənzilli yaşayış binasından artıq 120-ə yaxın binanın dam örtüyündə, bloklarında
və xarici fasadında təmir işləri aparılıb. GOYEZEN.AZ
Ş.Xiyabanı 25 saylı bina
Ş.Xiyabanı 25 saylı bina
Ş.Xiyabanı 27 saylı bina
M.V.Vidadi 14 saylı bina
Facebook-da paylaş