Qazaxda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır
Bu gün hər kəsə yaxşı
məlumdur ki, son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı, əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından
artıq 120-ə yaxın binanın dam örtüyündə, bloklarında və xarici fasadında təmir işlərinin
aparılması bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Sevindirici hal isə odur ki, qalan binaların əksəriyyətində də təmir işləri
sürətlə davam etdirilir. Bu gün Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində Heydər Əliyev prospektində
yerləşən və təmir işləri başa çatan 2
mərtəbəli 127 saylı binada
olub. Dam örtüyü dəyişdirilən, blok və fasadı əsaslı şəkildə təmir olunan binanın
sakinləri digər binalarda olduğu kimi, yaşadıqları binada da işlərin keyfiyyətlə
aparılmasını qeyd edərək razılıqlarını bildiriblər. Dövlət başçısı tərəfindən
vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən
işləri yüksək qiymətləndiriblər.
Sonra rayon rəhbəri Vidadi
küçəsində yerləşən iki mərtəbədən ibarət
olan 14 saylı binanın sakinləri ilə də
görüşüb. Dam örtüyü yenilənən bu binanın da blok və xarici fasadında təmir
işlərinin aparılacağını qeyd edib və işlərə başlanılması üçün aidiyyəti üzrə
tapşırıq verib. İcra başçısı görülən bütün işlərin bina sakinlərinin istəyinə uyğun
şəkildə yerinə yetirilməsini bildirib. Daha sonra icra başçısı təmir işlərinə başlanılan daha
iki binada - Ş.Xiyabanı 25 və 27 saylı binalarda olub görülən
işlərin mövcud vəziyyətini öyrənib. Qeyd olunan bu binalarda da işlərin
keyfiyyətlə aparılmasını vurğulayıb və bununla bağlı aidiyyəti üzrə göstəriş
verib. GOYEZEN.AZŞ.Xiyabanı 27 saylı bina
Ş.Xiyabanı 25 saylı bina
Facebook-da paylaş