İcra başçısı çoxmənzilli binalarda görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb
Azadlıq
küçəsi 92 saylı bina
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri aparılan, şəhərin mərkəzində
yerləşən, hər biri 4 blokdan və 5 mərtəbədən ibarət olan Azadlıq 92, Ş.Xiyabanı 12 və 14 saylı binalarda görülən
işlərin mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat
verilib ki, hər üç binanın giriş qapıları və pəncərələri qoyulub, elektrik və
rabitə xətləri səliqəyə salınıb. Hazırda binaların bütün bloklarında rənglənmə
işlərinə başlanılıb. İcra başçısı görülən bütün
işlərin bina sakinlərinin istəyinə uyğun şəkildə aparılmasını bildirib və bu
istiqamətdə tapşırıqlarını verib. İstər binalarda, istərsə də həyətdə bütün
işlərin yüksək səviyyədə görülməsini qeyd edib. Ş.Xiyabanı 14 saylı binada
yaşayan sakin Roman Abbasov yaşadıqları çoxmənzilli binaların təmirinə görə
ölkə başçısı İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Binalarda
səliqə-sahmanla yanaşı, işlərin keyfiyyətinə də üstünlük verildiyini qeyd edib. Rayon rəhbəri şəhərin Heydər Əliyev prospektində yerləşən 2 mərtəbəli 127
saylı binada görülən işlərlə də tanış olub. Digər binalarda
olduğu kimi, bu binada da işlərin keyfiyyətlə aparılmasını qeyd edib və bununla
bağlı tapşırıq verib. Bina sakinlərindən
Solmaz Hacıyeva, Natella Süleymanova, Rahilə Mürsəlova görülən işlərə görə
razılıqlarını bildiriblər. Dövlət başçısı tərəfindən vətəndaşların mənzil məişət
şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər. Məlumat üçün onu da
bildirək ki, Qazaxda son 3 ildə vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində rayonda mövcud olan
163 çoxmənzilli yaşayış binasından artıq 120-si təmir olunub. Qalan
binaların əksəriyyətində də təmir işlərinə sürətlə start verilib. Azadlıq küçəsi 92 saylı
bina Ş.Xiyabanı 12 saylı bina Ş.Xiyabanı 14 saylı bina Heydər Əliyev prospekti 127 saylı bina GOYEZEN.AZ
Facebook-da paylaş