Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyətinə dair geniş tərkibdə müşavirə keçirilib
Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ağstafa
Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrinin
fəaliyyətinə dair həmin sahədə çalışan işçilərin iştirakı ilə geniş tərkibdə müşavirə
keçirilib. Qazax Gənclər Mərkəzində keçirilən müşavirədə Qazax
RİHB Aparatının məsul şəxsləri, mədəniyyət işçiləri, KİV nümayəndələri iştirak edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəni giriş
sözü ilə açaraq iştirakçıları salamlayıb, keçirilən müşavirənin məqsəd və əhəmiyyətindən
danışıb. İcra başçısı qeyd edib ki, bu gün təhsil sahəsindən sonra dövlət büdcəsindən
maliyyələşən ikinci bir sahə var ki, o da mədəniyyət sahəsidir. Təhsil kimi, mədəniyyət
sahəsi, bu sahədə çalışan işçilər də daim dövlət qayğısı ilə əhatə olunurlar. Rayon
rəhbəri bildirib ki, istər ötən ilin sonları, istərsə də bu ilin ilk 6 ayında
dövlət başçısı tərəfindən imzalanan çoxsaylı Fərman və Sərəncamlar bir daha
sübut etdi ki, dövlət hər zaman öz vətəndaşının rifah halının
yaxşılaşdırılmasını düşünür və bu istiqamətdə məqsədyönlü addımlar atır. Ən son
iyunun 18-də imzalanan mühüm Sərəncam istər təhsil, istər səhiyyə, istərsə mədəniyyət,
istərsə də digər sahələrdə çalışan işçilərin əməkhaqlarının sentyabrın 1-dən artırılmasına
xidmət etdi. Bu, bütün sahələrdə çalışan insanların maddi rifah halının
yaxşılaşdırılması deməkdir.
İcra
başçısı ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərimizin
qorunması sahəsində gördüyü işlərdən, mədəniyyət sahəsində çalışan insanlara
verilən yüksək dəyərdən də söz açıb. R.Babaşov ölkə başçısı tərəfindən mədəniyyət
sahəsində çalışan insanlara fəxri adların, dövlət təqaüdlərinin verilməsini, Birinci vitse-prezident tərəfindən Azərbaycanın
qədim el sənətlərinin, tarixi abidələrinin YUNESKO-nun Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahısına daxil etdirilməsini bu sahədə görülən işlərin
bariz nümunəsi kimi yüksək qiymətləndirib. Geniş müzakirələrlə keçən müşavirədə ötən il və cari ilin 8 ayında
keçirilən mədəni-kütləvi tədbirlərdən də danışılıb. "Ötən il 58, bu il isə 79 mədəni-kütləvi
tədbir keçirilib”, - deyən rayon rəhbəri hər bir tədbirin yüksək səviyyədə təşkil
olunduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik
ki, Qazaxda bütün sahələr üzrə keçirilən tədbirlər təkcə say artırmaq məqsədilə
keçirilmir, eyni zamanda hər bir tədbirin keyfiyyətinə üstünlük verilir. Bunun
nəticəsidir ki, hər bir tədbirin keçirilməsinə xüsusi həssaslıqla yanaşılır və
tədbirin yüksək səviyyədə təşkil olunması üçün əvvəlcədən lazımi hazırlıq işləri
görülür.
İcra başçısı müşavirədə rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin
fəaliyyətindən, həmin təşkilatlarda keçirilən tədbirlərdən də söz açıb. Regional
idarənin rayon üzrə nümayəndəliyinin, eləcə də mədəniyyət müəssisələrinin
hazırki fəaliyyətindən narazı olduğunu bildirən rayon rəhbəri bununla bağlı öz
iradlarını da çatdırıb. Ölkə başçısının söylədiyi "Hər bir məmur, işçi öz üzərinə
düşən işin öhdəsindən layiqincə gəlməli, bütün sahələr üzrə vətəndaş məmnunluğuna
nail olunmalıdır” fikrinin bütün sahələrdə, o cümlədən də mədəniyyət sahəsində
çalışan insanlara da aid olduğunu vurğulayıb. Dövlətin onlara göstərdiyi diqqət
və qayğını öz əməli işləri ilə doğrultmalı olduqlarını bir daha diqqətə
çatdırıb. Fəaliyyətlərindən narazı qaldığı mədəniyyət müəssisələrinin rəhbərlərinə
iradlarını bildirən icra başçısı öz işlərində dönüş yaratmalı olduqlarını bildirib
və ciddi tapşırıq verib. Ağstafa Regional Mədəniyyət
İdarəsinin rəisi Vüqar Qədirov çıxış edərək bugünkü müşavirənin keçirilməsini
yüksək qiymətləndirib və buna görə mədəniyyət işçiləri adından rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Sonra idarə rəisi cari ilin 8 ayında regional olaraq,
eləcə də Qazax rayon nümayəndəliyinin tabeliyində olan mədəniyyət müəssisələrində
görülən işlərdən, keçirilən tədbirlərdən danışıb. Şairlərin, Xalq
yazıçılarının, sənət adamlarının yubiley tədbirlərinin keçirildiyini, bütün
dövlət bayramlarının, tarixi günlərin qeyd olunduğunu, N saylı hərbi hissələrdə
bayram konsertlərinin təşkil edildiyini qeyd edib. İdarə rəisi görülən işlərlə
yanaşı mövcud çatışmazlıqlardan, haqlı olaraq bildirilən iradlardan da söz
açıb. Qeyd
olunan bütün iradların haqlı olaraq söylənildiyini vurğulayıb və həmin
iradlardan nəticə çıxaracaqlarını bildirib. İstər tədbirlərin keçirilməsində,
istərsə də digər sahələrdə ciddi şəkildə dönüş yaradacaqlarını, söylənilən
çatışmazlıqlardan, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxaracaqlarını söyləyib. Qeyd olunan iradlarda əksini tapan məsələlərin təkrar olunacağı halda, verilən
tapşırıqlardan nəticə çıxarmayan müəssisə rəhbəri, işçilər haqqında ciddi tədbirlər
görüləcəyini vurğulayıb.
Müşavirədə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov da çıxış edərək
fəaliyyətə başladıqları gündən bu günə kimi mərkəz olaraq gördükləri işlər barədə
məlumat verib. Əsas işlərinin gənclər üzərində qurulmasına baxmayaraq mədəniyyət
sahəsi ilə də sıx əlaqə qurduqlarını, xüsusilə də bu sahədə çalışan gənclərin mərkəzə
cəlb olunmasına üstünlük verdiklərini diqqətə çatdırıb. Mütəmadi olaraq Qazax
Dövlət Rəsm Qalereyası ilə birgə silsilə tədbirlər təşkil etdiklərini bildirib.
Mərkəz olaraq 5 ayda 87 tədbir keçirildiyini qeyd edən İ.Süleymanov mədəniyyət
sahəsi ilə bağlı keçirilməsi nəzərdə tutulan işlərdən də danışıb. 18 sentyabr -
Milli Musiqi Gününün rayonda yüksək səviyyədə qeyd edilməsi üçün rayonda fəaliyyət
göstərən Musiqi Məktəbləri ilə birgə tədbir təşkil edəcəklərini qeyd edib. Bu
kimi tədbirlərin davamlı olaraq həyata keçiriləcəyini vurğulayıb. Rayonda bütün
sahələrə olduğu kimi gənclərə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə
bir daha öz minnətdarlığını bildirib. Ağstafa
Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov, idarənin məsləhətçisi Pəri
Məmmədova, Qazax Rayon Mədəniyyət
Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, Çaylı
kənd Folklor evininmüdiri Məhəmmədəli Məşədiyev, Mədəniyyət
İşçiləri Həmkarlar
İttifaqı Qazax Rayon Komitəsinin sədri İsgəndər Qurbanov və başqaları çıxış edərək ölkəmizdə
mədəniyyət sahəsinə, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğıya görə
ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər ölkəmizdə
mədəniyyət sahəsinin inkişafı istiqamətində görülən işləri, həyata keçirilən
uğurlu layihələri razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Bu gün keçirilən
müşavirənin əhəmiyyətini yüksək dəyərləndirən çıxışçılar qeyd olunan iradların
haqlı olaraq bildirildiyini və hər bir işçinin bu iradlardan nəticə
çıxarmalarını bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun
vuraraq digər sahələrə olduğu kimi mədəniyyət sahəsinə olan diqqət və qayğının
bundan sonra da yüksək səviyyədə olacağını qeyd edib. Sonda bir daha tapşırıq və
tövsiyələrini verib.
GOYEZEN.AZ
Facebook-da paylaş