Azadlıq küçəsi 125 ünvanında yaşayan vətəndaşların müraciətinə baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu
gün ümumi qəbul zamanı müraciət etmiş, şəhərin Azadlıq küçəsi 125 ünvanında
yaşayan Yetər Müvəssəqinin, Tünzalə Mustafayevanın və Ramizə İsayevanın
istəyini nəzərə alaraq onların yaşadıqları ünvanda olub. Vətəndaşların
yaşadıqları binanın dam örtüyünün dəyişdirilməsi və məhəllədə təmir işlərinin
aparılması ilə bağlı müraciətlərinə yerində baxış keçirən rayon rəhbəri
sakinlərin arzu və istəklərini dinləyib.
İcra başçısı
qeyd edib ki, son 3 ildə Qazaxda vətəndaşların yaşayış şəraitinin
yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, bu gün rayonda
mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub.
Qalan binaların əksəriyyətində də təmir işləri sürətlə davam etdirilir. Rayon
rəhbəri Azadlıq küçəsində yerləşən 125 saylı binanın da dövlətin balansında
olduğunu və təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Sonra rayon rəhbəri yaxın günlərdə binanın dam
örtüyünün dəyişdirilməsi, həyətdə abadlıq işlərinin aparılması, səliqə-sahman
yaradılması barədə aidiyyəti üzrə tapşırıq verib.
Sakinlərdən Yetər Müvəssəqi çıxış edərək bu gün
ölkəmizdə Respublika Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara olan
diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün biz sakinlər istər ölkəmizdə,
istərsə də Qazaxda vətəndaş amilinin hər zaman ön plana çəkildiyinin,
sakinlərin müraciətlərinə həmişə xüsusi həssaslıqla yanaşıldığının şahidi
oluruq. Bu gün bizim qaldırdığımız məsələyə operativ şəkildə baxılması bunu bir
daha sübut etdi. Sakinlər onların istəyini nəzərə alıb görüşə gəldiyinə,
qaldırdıqları məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə bir
daha minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş