Əsas Səhifə > Manşet / Rəsmi > Azadlıq küçəsi 125 ünvanında yaşayan vətəndaşların müraciətinə baxılıb

Azadlıq küçəsi 125 ünvanında yaşayan vətəndaşların müraciətinə baxılıb


2-08-2019, 16:40


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün ümumi qəbul zamanı müraciət etmiş, şəhərin Azadlıq küçəsi 125 ünvanında yaşayan Yetər Müvəssəqinin, Tünzalə Mustafayevanın və Ramizə İsayevanın istəyini nəzərə alaraq onların yaşadıqları ünvanda olub. Vətəndaşların yaşadıqları binanın dam örtüyünün dəyişdirilməsi və məhəllədə təmir işlərinin aparılması ilə bağlı müraciətlərinə yerində baxış keçirən rayon rəhbəri sakinlərin arzu və istəklərini dinləyib.

İcra başçısı qeyd edib ki, son 3 ildə Qazaxda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 120-dən çoxu təmir olunub. Qalan binaların əksəriyyətində də təmir işləri sürətlə davam etdirilir. Rayon rəhbəri Azadlıq küçəsində yerləşən 125 saylı binanın da dövlətin balansında olduğunu və təmir olunmasının nəzərdə tutulduğunu bildirib.

Sonra rayon rəhbəri yaxın günlərdə binanın dam örtüyünün dəyişdirilməsi, həyətdə abadlıq işlərinin aparılması, səliqə-sahman yaradılması barədə aidiyyəti üzrə tapşırıq verib. 

Sakinlərdən Yetər Müvəssəqi çıxış edərək bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev tərəfindən vətəndaşlara olan diqqət və qayğıdan danışıb. Qeyd edib ki, bu gün biz sakinlər istər ölkəmizdə, istərsə də Qazaxda vətəndaş amilinin hər zaman ön plana çəkildiyinin, sakinlərin müraciətlərinə həmişə xüsusi həssaslıqla yanaşıldığının şahidi oluruq. Bu gün bizim qaldırdığımız məsələyə operativ şəkildə baxılması bunu bir daha sübut etdi. Sakinlər onların istəyini nəzərə alıb görüşə gəldiyinə, qaldırdıqları məsələyə qısa bir vaxtda baxılmasına görə rayon rəhbərliyinə bir daha minnətdarlıqlarını bildiriblər.



 

GOYEZEN.AZ


Geri qayıt