• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhər 1 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub

Bu gün tam əminliklə söyləyə bilərik ki, Azərbaycanda təhsil sahəsi dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab edilir. Bunu dövlət başçısının rəhbərliyi altında təhsil sahəsində qazanılan uğurlardan, müasir tələblərə cavab verən yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, qəbul edilən Dövlət Proqramlarında bu sahəyə xüsusi önəm verilməsindən və 5 illik proqramın icrasında məktəb tikintisinə geniş yer ayrılmasından aydın şəkildə görmək olur.

Sevindirici haldır ki, dövlətimizin bu istiqamətdə yürütdüyü siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazax rayonunda uğurla aparılır. Son illər rayonumuzda yeni məktəblərin tikilməsi, məktəblərdə əsaslı təmir və yenidənqurma işlərinin aparılması bunu söyləməyə əsas verir.

Qazaxda məktəb tikintisi ilə yanaşı, rayonda fəaliyyət göstərən məktəblərin cari təmir olunması, məktəblərdə səliqə-sahman işlərinin aparılması da təhsilin keyfiyyətinə təsir edən amillərdəndir.

Ötən yazımızda Səlim Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbdə cari təmir işlərinin aparılması barədə məlumat vermişdik.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həmin məktəbdə olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Lətif Həsənov görülən cari təmir işləri barədə məlumat verərək 1-ci və 2-ci mərtəbələrdə rənglənmə işlərinin artıq yekunlaşmaq üzrə olduğunu bildirib.

Görülən işlərlə tanış olan rayon rəhbəri məktəb binası ilə yanaşı, həyətdə də səliqə-sahman yaradılmasını qeyd edib. Görülməsi nəzərdə tutulan digər işlərlə bağlı aidiyyəti üzrə tapşırıq verib.

Məktəbin direktoru Bəsdi Ələkbərova təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə müəllim-şagird kollektivi adından bir daha sonsuz minnətdarlığını bildirib.










GOYEZEN.AZ



Facebook-da paylaş