Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın 10 milyonuncu sakininin valideynləri ilə görüşüblər - YENİLƏNİB VİDEO
GOYEZEN.AZ AZƏRTAC-a istinadən
xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini
Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və
xanımı uşağın valideynləri ilə söhbət etdilər. Rauf
Həsənov: 2019-cu il aprelin
6-da saat 03.30 radələrində dünyaya gəldi. Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda,
eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin
körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün,
sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə
münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Rauf Həsənov: Biz gözləmirdik
ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar. Prezident İlham Əliyev: Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya
gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali
1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni
zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki
əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır. Rauf Həsənov: Mənim xəbərim yox idi.
Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik
etmisiniz. Prezident İlham Əliyev: Bəli, bəli. Rauf Həsənov: Çox sağ olun, çox
minnətdarıq. Birinci xanım Mehriban Əliyeva: Çox göyçək uşaqdır. Prezident İlham Əliyev: Bu, sizin birinci uşağınızdır? Rauf Həsənov: Bəli, ilk
övladımızdır. Birinci xanım Mehriban Əliyeva: İlk uşağınızdır? Nigar Ocaqova: Bəli, ilk
uşağımızdır. Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah qorusun. Rauf Həsənov: Elə ilk olaraq Siz
təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq. Nigar Ocaqova: Siz də
xeyir-duasını verin. Birinci xanım Mehriban Əliyeva: Verirəm.
Xoşbəxt böyüsün, sağlam böyüsün. Prezident İlham Əliyev: Bu hadisəni
bütün xalqımız bayram edir. Rauf Həsənov: Bəli, bütün
ölkəmiz bayram edir. Biz də çox sevincliyik, çox sevinirik. Nigar Ocaqova: Biz də
şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına sevinirik. Perinatal Mərkəzin
direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə
xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar. Prezident İlham Əliyev: Bu mərkəz
çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən
quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir.
Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri,
xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var. Birinci xanım Mehriban Əliyeva: Götürmək
olar balacanı? Rauf Həsənov və Nigar Ocaqova: Buyurun. Birinci xanım Mehriban Əliyeva: Maşallah. Nigar Ocaqova: Maşallah
gününüz olsun. Birinci xanım Mehriban Əliyeva: Allah
qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün! Rauf Həsənov: Çox sağ olun
ki, gəldiniz. Prezident İlham Əliyev: Bu, Həsənova
Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu
sizə təqdim edirəm. Rauf Həsənov: Çox sağ
olun. Prezident İlham Əliyev: Bu həmin
sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur.
Bu da mənzilin çıxarışıdır. Rauf Həsənov: Çox sağ olun. Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür. Rauf Həsənov: Çox sağ olun.
Allah Sizdən razı olsun. Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir. Rauf Həsənov: Çox sağ olun. Sizə
minnətdaram. Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Təbrik edirik.
Facebook-da paylaş