Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə Azərbaycan xalqını təbrik edirlər
2019-cu
il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş
Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı
ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini
dünyaya gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın
valideynlərini təbrik edirlər.
Facebook-da paylaş