“Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir”
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, Müdafiə Nazirliyinin rəsmiləri, Aprel şəhidlərinin valideynləri,
ailə üzvləri, döyüşlərdə yaralanan əsgər və zabitlər, Qarabağ müharibəsi
veteranları, ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər Xatirə kompleksini
ziyarət edərək "Əbədi məşəl” önünə qırmızı qərənfillər düzüb, xalqımızın
ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, ulu öndərimizin adını
daşıyan parkda keçirilən hərbi şöhrət bayramına qatılıblar. Hərbi orkestr "Azərbaycan fanfarası”nı
ifa etdikdən sonra Üzeyir Hacıbəylinin "Cəngi” musiqisinin sədaları altında
"Aprel zəfəri - 2016” ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim olunub. Tədbirin aparıcıları respublikanın Xalq artisti
Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel zəfərinin
yeni hərb tariximizdə mühüm yer tutduğunu, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə qeyd
etdiyi kimi Aprel döyüşlərinin bizim şanlı tarixi qələbəmiz olduğunu nəzərə
çatdırıblar. Bu zəfərə həsr edilmiş mahnılar,
hərbi marşlar və rəqslər ifa edilib. Aprel döyüşlərində və Naxçıvan
Muxtar Respublikasında uğurlu əks-hücum əməliyyatları nəticəsində bir çox
strateji yüksəklikləri düşməndən azad edərək min hektarlarla ərazilərin
nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin Azadlıq
meydanında keçirilən hərbi paradlarda nümayiş etdirilən döyüş bayraqları
meydana gətirilib. Tədbir iştirakçıları həmin bayraqları ayaq üstə alqışlarla
qarşılayıb və işğal altında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə
əminliklərini bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji
Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini,
general-mayor Rasim Əliyev və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti
Firdovsi Umudov çıxış ediblər. İcra hakimiyyətinin başçısı
R.Babaşov Aprel zəfərinin qazanılmasında, uzun illərdən sonra xalqımıza qələbə
sevincinin yaşadılmasında dövlətimizin başçısı cənab İlham Əliyevin müstəsna
xidmətlərinin olduğunu minnətdarlıq hissi ilə tədbir iştirakçılarının nəzərinə
çatdırıb. Qeyd olunub ki, müdrik və qətiyyətli
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış
Aprel zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun şanlı qələbəsidir.
Bu qələbə ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini
göstərdi. Düşmən təkcə məğlub edilmədi, o həm
də sındırıldı, Azərbaycan Ordusundan qat-qat gücsüz olduğunu etiraf etdi. Bir gün əvvəl Müdafiə Nazirliyinin
xüsusi təyinatlı qoşunlarının hərbi hissəsindən birində olmuş Ali Baş Komandan
İlham Əliyevin şəxsi heyətlə görüşündə Aprel döyüşləri barədə dediyi fikirlər
hərbi şöhrət bayramı iştirakçıları tərəfindən alqışlarla qarşılanıb: "Aprel
döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi
əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm
peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə
yetirməyə hazırdır”. Aprel döyüşlərində şəhidlik
zirvəsinə ucalan, Qazax rayonundan hərbi xidmətə çağırılan şəhid kapitan Mühüd
Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin qəhrəmanlıqları
xatırlanıb, onların ölməzliyi naminə məşəllər yandırılıb. Şəhid valideynləri dövlət tərəfindən
daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Prezident İlham Əliyev və Birinci
vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əməkdar incəsənət xadimi,
Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbaninin layihəsi əsasında
Müdafiə Nazirliyinin təşkil etdiyi hərbi-vətənpərvərlik tədbirləri həftəsi Bakı
şəhərində yekunlaşacaqdır. Hamlet Qasımov, "Xalq
qəzeti”nin bölgə müxbiri 6 aprel
2019-cu ilRespublika mətbuatı Qazax haqqnda
Facebook-da paylaş