• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçiriləcəkdir


Qazax rayonunda hərbi vətənpərvərlik mövzusunda mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Məktəblilərin, gənclərin, eləcə də xalqın müxtəlif təbəqələrinin qəlbində vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi üçün Vətəni sevmək, işğal altında olan torpaqlarımızı azad etmək, orduya dayaq olmaq hissləri aşılanır.

Aprelin 3-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş "Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçiriləcəkdir.

Bu məqsədlə tədbirin keçirildiyi Heydər Əliyev parkı bayramsayağı bəzədilmişdir.
Bayram tədbiri 3 aprel 2019-cu il tarixdə saat 14:00-da Qazax şəhərindəki Heydər Əliyev parkında başlanacaqdır.

Bütün rayon sakinlərini və şəhərimizin qonaqlarını bu bayramda iştirak etməyə dəvət edirik.


GOYEZEN.AZ



Facebook-da paylaş