Şəhid Əlləz Əlləzovun yeddi mərasimi keçirilib
Bu gün martın
26-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin cəbhənin Füzuli rayonu
istiqamətində törətdikləri təxribatlar nəticəsində şəhid olmuş Azərbaycan
Ordusunun hərbi qulluqçusu, həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov
Əlləz Ələddin oğlunun şəhidlik adlı zirvəyə ucaldığı gündən 7 gün ötür. Azərbaycan
Ordusunun düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbçimiz
– Əlləz Əlləzovun doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində yeddi
mərasimi keçirilib. Mərasimdə Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatları Kamran Nəbizadə
və Ülviyyə Ağayeva, Azərbaycan Güləş
Federasiyasının vitse-prezidenti, "Şöhrət”
ordenli məşqçiFirdovsi Umudov, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi
təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, "Qazax Xeyriyyə” İctimai
Birliyinin sədr müavini Arzuman Abdulkərimov, mətbuat katibi, fəlsəfə doktoru,
dosent Yusif Alı Afşar, rayonun hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrin
əmək kollektivləri, veteran və gənclər təşkilatlarının üzvləri, Qarabağ müharibəsi
veteranları, əlilləri, ictimaiyyətin müxtəlif təbəqələrinin
və KİV nümayəndələriiştirak ediblər. Şəhidin atası Əlləddin
Əlləzovla görüşüb, ona başsağlığı veriblər. Dövlət başçısı, Ali Baş Komandan
İlham Əliyevin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd
edən qonaqlar bütün şəhidlərimiz kimi, şəhid Əlləz Əlləzovun da xatiəsinin hər
zaman əziz tutulacağını və daim qəlblərdə yaşayacağını vurğulayıblar. Bütün
şəhidlərimizə, onların ailələrinə qayğı ilə yanaşmağın hər bir vətəndaşın
müqəddəs borcu olduğunu bildiriblər. Şəhid atası Ələddin Əlləzov övladı ilə fəxr etdiyini bildirərək bütün
şəhidlərimizə Allahdan rəhmət diləyib və Vətən sağ olsun söyləyib. Onlara
göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına ailəsi adından minnətdarlığını
çatdırıb.
GOYEZEN.AZ
Facebook-da paylaş