• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşların müraciətinə yerində baxılıb


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də vətəndaşların müraciətlərinə, istək və arzularına operativ şəkildə cavab verilməsi, onlara qayğı ilə yanaşılmasıdır.

Son iki il yarımda icra başçısının vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi bunun bariz nümunəsidir. Məhz bu qayğı və səmimi münasibəti bilən hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağına inanır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün qəbul zamanı müraciət etmiş daha iki vətəndaşın istəyini nəzərə alaraq yerində baxış keçirib.

Şəhər sakinləri Quluyeva Nərgiz Xəliddin qızının və Bayramova Tükəzban Tapdıq qızının müraciətinə əsasən yerində baxış keçirən rayon rəhbəri sakinləri narahat edən məsələləri dinləyib və aidiyyəti üzrə baxılacağını bildirib.

Onların istəyini nəzərə alaraq görüşə gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.


GOYEZEN.AZ



Facebook-da paylaş