Vətəndaşların müraciətlərinə yerində baxılıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində
baxış keçirir. Rayon rəhbərinin qaldırılan hər bir məsələnin həlli
istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə şəklini alıb. Yazdığı
məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilən hər
bir rayon sakini onları narahat edən məsələləri icra aparatına ürəklə bildirirlər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu
gün də şəhərin Azadlıq küçəsi 11 ünvanında yaşayan Vəliyeva Nəzirə Məcməddin
qızının müraciətinə əsasən yerində baxış keçirməsi və küçədə yaşayan sakinləri dinləməsi
bunun bariz nümunəsidir.
Vətəndaşın
küçədən keçən su xəttinin təmir olunması, eləcə də evlərinin yanından keçən
suötürücü arxın səliqəyə salınması ilə bağlı müraciətini diqqətlə dinləyən icra
başçısı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq verib.
Sonra icra
başçısı daha bir vətəndaşın – Yuxarı Salahlı kənd sakini Leyla Məmmədovanın
evinin divarında yaranmış çatın aradan qaldırılması ilə bağlı müraciətinə
əsasən evində olub, mövcud vəziyyətlə maraqlanıb.
Sakinlər
onların istəyini nəzərə alıb qeyd olunan ünvanlara gəlməsini, müraciətlərinə
dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon
rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. GOYEZEN.AZ
Facebook-da paylaş