Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciətlərinə yerində baxılıb
Vətəndaşların müraciətlərinə yerində baxılıb5-09-2018, 17:30 |
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirir. Rayon rəhbərinin qaldırılan hər bir məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi artıq bir ənənə şəklini alıb. Yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilən hər bir rayon sakini onları narahat edən məsələləri icra aparatına ürəklə bildirirlər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də şəhərin Azadlıq küçəsi 11 ünvanında yaşayan Vəliyeva Nəzirə Məcməddin qızının müraciətinə əsasən yerində baxış keçirməsi və küçədə yaşayan sakinləri dinləməsi bunun bariz nümunəsidir. Vətəndaşın küçədən keçən su xəttinin təmir olunması, eləcə də evlərinin yanından keçən suötürücü arxın səliqəyə salınması ilə bağlı müraciətini diqqətlə dinləyən icra başçısı aidiyyəti təşkilatların rəhbərlərinə tapşırıq verib. Sonra icra başçısı daha bir vətəndaşın – Yuxarı Salahlı kənd sakini Leyla Məmmədovanın evinin divarında yaranmış çatın aradan qaldırılması ilə bağlı müraciətinə əsasən evində olub, mövcud vəziyyətlə maraqlanıb. Sakinlər onların istəyini nəzərə alıb qeyd olunan ünvanlara gəlməsini, müraciətlərinə dərhal münasibət bildirilməsini razılıq hissi ilə qarşılayıb və buna görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt |