6 saylı körpələr evi-uşaq bağçasında əsas işlərin xeyli hissəsi görülüb
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun son 2 il 4 ay ərzində Qazax
rayonunda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də böyüməkdə olan
körpələrimizin yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində görülən
məqəsdyönlü işlərdir. Bunu fəaliyyətə başladığı ilk gündən rayonda çoxsaylı
bağçaların təmir olunması üçün verdiyi tapşırıq və tövsiyələrdən də aydın
şəkildə görmək olur. Bu gün rayonda
olan tam təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər
üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası,
şəhər bağçalarından 1,2,3,4,5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı
kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları
bunun bariz nümunəsidir. Sevindirici
haldır ki, tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq
yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu
gün də uğurla davam etdirilir. Xəbər
verdiyimiz kimi, şəhərdə yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı
körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
Artıq 1 aydır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar
başqa ünvanda yerləşdirilib. Bu
gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 6 saylı körpələr
evi-uşaq bağçasında görülən işlərlə tanış olub. İş icraçısı
Lətif Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, binada bütün işlər
paralel şəkildə həyata keçirilir. Belə ki, otaqlarda olan köhnə suvaq çapılaraq
tökülüb və yenisi ilə əvəz olunub. Bundan əlavə, döşəmədə lazım olan hissələrə
beton tökülüb. Suvaqaltı elektrik xətləri çəkilir. Tavana alçipan vurulur. Lazım
olan hissələrdə arakəsmə hörgü işləri həyata keçirilir. Binanın daxili ilə
yanaşı, xarici fasadında da suvaq işləri aparılır. Binanın dam örtüyü sökülərək
yenidən vurulub. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib. Məlumat üçün
bildirək ki, bu gün Qazax rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan
6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. 6 saylı körpələr evi-uşaq bağçası şəhərdə
fəaliyyət göstərən və təmirə ehtiyacı olan sonuncu bağçadır ki, o da əsaslı
şəkildə yenidən qurulur. GOYEZEN.AZ
Facebook-da paylaş