• Təqvim

  • Unutma

  • Maraq

İcra Başçısı Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılarla tanış olub

Xəbər verdiyimiz kimi, 2015-ci ilin yayında bağlanan 3 tərəfli beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulun 12-dən etibarən artıq 3-cü dəfədir ki, Damcılı mağara düşərgəsində növbəti qazıntı işlərinə start veriblər.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Damcılı mağara düşərgəsində aparılan arxeoloji qazıntılarla tanış olub.

“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyeva rayon rəhbərinə məlumat verərək bildirib ki, 2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır.

Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nın ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur.

S.Əliyeva qeyd edib ki, 2017-ci il iyulun 17-dən 30-a kimi 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparmışdır. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılmışdır.

Sonra İcra Başçısı nümayəndə heyəti ilə görüşüb, qazıntı ilə bağlı təəssüratlarını öyrənib, görülən işlərlə tanış olub.

Rayon rəhbərinə bildirilib ki, bu il də qazıntılar zamanı xeyli sayda tapıntıların əldə edilməsi nəzərdə tutulub.

İcra Başçısı qoruğun ərazisində yaradılan səliqə-sahmanla, sakinlərə göstərilən xidmətlərlə də maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib. S.Əliyeva qonaqlar üçün hər cür şərait yaradıldığını bildirib. Eyni zamanda, rayon rəhbəri Xalq şairi Səməd Vurğunun xatirəsinə həsr olunmuş monumental abidəni “Avey” qoruğuna hədiyyə edib. Bu gün həmin abidə qoruq ərazisinə yerləşdirilib.

Daha sonra rayon rəhbəri Heydər Əliyev Mərkəzində olub. Yaradılan şəraitlə, səliqə-sahmanla, göstərilən xidmətlərlə maraqlanıb.

Mərkəzin direktoru Ceyhunə Hüseynova görülən işlər və sakinlərə göstərilən xidmətlər barədə məlumat verib.

GOYEZEN.AZ

Facebook-da paylaş