Damcılı və Yataqyeri qədim yaşayış məskənlərində istehsal vasitələri aşkarlanıb
Ötən ilin avqust ayından etibarən Qazax rayonu ərazisində yerləşən Damcılı və Yataqyeri qədim yaşayış məskənlərində Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun və Yaponiyanın Tokio Universitetinin mütəxəssislərinin iştirakı ilə arxeoloji ekspedisiya qrupu fəaliyyət göstərir.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən bildirir ki, institutdan verilən məlumata görə Azərbaycan-Yaponiya ekspedisiyası əsasən Cənubi Qafqazda istehsal təsərrüfatına əsaslanan cəmiyyətin yaranma mərhələsini tədqiq edir. Bu məqsədlə Damcılı paleolit yaşayış məskəni ətrafında yoxlama şurfları qazılıb və 9 kəşfiyyat xəndəyi qurulub. Bunlardan 7-ci və 8-ci qazıntı sahələrində (Damcılı bulağından şərqə) ilkin artefaktlar üzə çıxmağa başlayıb.
Nəticədə qədim neolit dövrünə xas olan boz rəngdə sərt çaxmaq daşlarından qoparılmış massiv qəlpələr üzərində diş-diş retuşlu dik ağızlı, dairəvi, yonucu tipli qaşovlar və onlara müvafiq nüvələr, həmçinin ocaq yerləri, fauna qalıqları aşkar edilib.
Neolit təbəqəsində şurfun darlığı, digər tərəfdən qaya dibindən su sızmaları dərinə qazmağa və daha qədim mədəni təbəqələrə enməyə imkan verməyib. Bununla belə, çay daşlarından tikinti qalığı, dənəzən, sürtgəc tipli istehsal vasitələrini götürmək mümkün olub. Digər qazıntı yerindən isə yuxarı paleolitə aid nüvələr, Mustye dövrü ilə səsləşən sumağı rəngdə levallua üsulunu göstərən qəlpə tapılıb. Həmçinin Obsidian (dəvəgözü) - vulkan şüşəsindən hazırlanmış xırda lövhədən balıq tutmaq üçün tilov funksiyalı alət də əldə olunub. Mustye, yuxarı paleolit, mezolit, neolit, tunc və son orta əsr dövrünə mənsub materiallar stratiqrafik quruluşda yeni qazıntılarda öz təsdiqini tapıb.
Qeyd edək ki, Yaponiyanın Tokio Universitetinin mütəxəssislərinin iştirakı ilə çöl-tədqiqat işləri bu ilin yay fəslində davam etdiriləcək.

Facebook-da paylaş