• Təqvim

  • Maraq



“XX əsrdə Qafqazda xalqların köçü” və “Qara Bağın Faciəsi” kitablarının təqdimatı olub

“XX əsrdə Qafqazda xalqların köçü” və “Qara Bağın Faciəsi” kitablarının təqdimatı olub
GOYEZEN.AZ saytı AZƏRTAC-a əsasən bildirir ki, martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə Alqimantas Lekisin “XX əsrdə Qafqazda xalqların köçü” və Qintaras Visoskasın “Qara Bağın Faciəsi” kitablarının təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsinin rəhbəri, akademiyanın müxbir üzvü Nərgiz Axundova bildirib ki, “XX əsrdə Qafqazda xalqların köçü” Litvada Azərbaycan haqqında nəşr olunmuş ilk kitabdır. Nəşrdə son yüz ildə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş terror aktları, etnik təmizləmə və kütləvi qırğınlardan, həmçinin Azərbaycan ərazilərinin işğalından bəhs olunur.
“XX əsrdə Qafqazda xalqların köçü” və “Qara Bağın Faciəsi” kitablarının təqdimatı olub
Kitabın yazılmasının əsas məqsədi Litvada Azərbaycana qarşı erməni təbliğatının qarşısının alınması, eləcə də ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərin Litva ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
“XX əsrdə Qafqazda xalqların köçü” və “Qara Bağın Faciəsi” kitablarının təqdimatı olub
“Qara Bağın Faciəsi” kitabında müəllifin Azərbaycan, Ermənistan, o cümlədən Türkiyə ilə münasibətlərə publisistik, tarixi araşdırmaçı yanaşması əks olunub.

Digər çıxış edənlər də təqdim olunan kitablar haqqında fikirlərini bölüşüblər.



Facebook-da paylaş