• Təqvim

  • Unutma

  • Maraq



Qazaxıstan səfirinin Qazax rayonuna səfəri başa çatıb

Qazaxıstan səfirinin Qazax rayonuna səfəri başa çatıb
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin müşayiət etdiyi “Бабалар ізімен” (Əcdadların izi ilə) elmi ekspedisiyasının üzvlərinin Qazax rayonuna səfəri başa çatıb. Bu gün qonaqlar Qazaxdan yola düşüb.

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astana şəhərindən gəlmiş alim və türkoloqlar, “Xabar 24” dövlət telekanalın və “Avrasiya” kanalın əməkdaşlarının daxil olduğu ekspedisiya mayın 29-da Qazax rayonuna gəlib. Elmi tədqiqatçılar Qazaxıstanla Qazax rayonu arasında tarixi bağlılığı araşdırır, iki xalqı bir-birinə bağlayan qədim kökləri axtarırlar.

Bu məqsədlə ekspedisiyanın üzvləri Qazax rayonunun qədim və zəngin tarixə malik olan “Göyəzən” dağına, qədim yaşayış məskəni hesab edilən Damcılıya, Tarix-Diyarşünaslıq Muzeyinə, Ədəbiyyat Muzeyinə və Dədə Qorqud Abidə Kompleksinə baş çəkiblər. Qazaxın bu tarixi yerləri barədə qonaqlara ətraflı məlumatlar verilib, tarixçilərlə fikir mübadilələri aparılıb.


Qazaxıstan səfirinin Qazax rayonuna səfəri başa çatıb


Facebook-da paylaş