Damcılı mağara düşərgəsində arxeoloji qazıntılar başa çatıb
2015-ci ilin yayında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi, professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyət Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunmuşdur. 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanmışdır. Bu memorandum Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanmışdır.
Bağlanan memoranduma əsasən növbəti arxeoloji qazıntılara 2016-cı ilin avqust ayının 8-dən 24-nə kimi “Avey” DTMQ-nın ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanmışdır. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılmışdır. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunmuşdur. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilməsi nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirək ki, arxeoloji qazıntılar bu il də davam etdirilib.
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova Damcılı mağara düşərgəsində arxeoloji qazıntıların gedişatı ilə tanış olub və ekspedisiyanın nəticələri ilə maraqlanıb.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Səadət Əliyevanın GOYEZEN.AZ saytına verdiyi məlumata əsasən iyulun 17-dən başlayaraq artıq 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılara başlayıb. Bu il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə qazıntı işləri aparılıb. Qazıntılar zamanı torpaq horizontal təbəqəyə bölünüb, müxtəlif dövrlərə aid nümunələr tapılıb. Beynəlxalq ekspedisiya işlərini 2018-ci ildə davam etmək şərtilə iyul ayının 30-u öz işlərini yekunlaşdırıblar.
S.Əliyeva bildirib ki, beynəlxalq ekspedisiyanın məqsədi ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləmək, bundan başqa neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etməkdir. Bu il aparılan qazıntılar nəticəsində buna nail olundu. Ərazidə aparılan qazıntıların nəticəsi olaraq və 28 iyul ümumdünya arxeologiya günü münasibətilə qoruğun “Damcılı” filialında arxeoloji ekspedisiyadan əldə olunan nümunələrdən, qoruq ərazisində tapılan eksponatlardan ibarət sərgi təşkil olunmaqdadır.

Facebook-da paylaş