Qazaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib
Oktyabrın 17-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev geniş məruzə ilə çıxış edərək ölkəmizin müstəqillik tarixindən, Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında son 22 il ərzində ölkəmizin qazandığı qələbələrdən, uğurlardan, nailiyyətlərdən geniş bəhs edib. Rayon təşkilatının sədri 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününün hər bir azərbaycanlı üçün qürur və iftixar dolu bir gün olduğunu bildirərək tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik edib. Tədbirdə partiya fəallarından Lalə Eyubova, Sədaqət Qasımova, Polad Ağakişiyev, Aynur Qasımova və başqaları çıxış edərək müstəqilliyimizin tarixindən, qorunub saxlanılmasından, müdrik xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətlərindən ətraflı danışıblar. Natiqlər Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, müstəqil, suveren Azərbaycanın günbəgün öz hədəflərinə doğru inamla irəliləməsindən ətraflı söz açıblar.
Facebook-da paylaş