Vətəndaşlar görülmüş işlərə görə minnətdarlıq edirlər
Hüseyn Hüseynovdan, Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Rayonumuzun çiçəklənməsi, abadlaşdırılması istiqamətində görülən böyük işlərə görə, ilk növbədə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin imzaladığınız sərəncamlar, təsdiq etdiyiniz dövlət proqramları və tapşırıqlarınız sayəsində görülən bu işlər Qazaxın yaraşığına yaraşıq qatmışdır. İstər şəhər və kənd yollarının asfaltlaşdırılması, istərsə də şəhərin müasir üslubda işıqlandırılması çox yaxşı işlərdir. Küçələrimiz gecələr nura qərq olur. Məktəblərdə və uşaq bağçalarında istilik sistemləri quraşdırılıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. Bu kateqoriyadan olan vətəndaşlar dövlətimizin dəstəyini daim hiss edirlər, mənəvi təskinlik tapırlar. Cənab Prezident, Qazax rayon sakinləri adından və şəxsən öz adımdan Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Hörmətlə, Hüseyn Hüseynov Azərbaycan Respublikası, Qazax şəhəri. 15 oktyabr 2025-ci il
Facebook-da paylaş