Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib » Göyəzən internet portalı
  • Təqvim

  • Unutma

  • Maraq



Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib

Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, orada yaşayan insanlara xüsusi qayğı ilə yanaşır. Mütəmadi olaraq kəndlərdə olur, sakinləri narahat edən məsələlərlə maraqlanır, onların həlli istiqamətində tapşırıqlar verir.

Rayon rəhbəri bu gün Quşçu Ayrım kəndinin sakinləri ilə səyyar görüş keçirib. Rayon rəhbərliyi görüşdə çıxış edərək bildirib ki, bu il üçüncü dəfədir ki, sizinlə belə görüşümüz keçirilir. Məqsədimiz sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.

Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini ön plana çəkən rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən mən hər zaman rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar keçirir, tez-tez sizin görüşünüzə də gəlirəm.
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Ölkə Başçısının apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsini qeyd edən İcra Başçısı son 2 il ərzində rayonumuzda bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılır, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülür.

Rayon rəhbəri bildirib ki, bu gün respublikmızın hər yerində olduğu kimi, Qazax rayonunda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Son iki ildə rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması bunun ən bariz nümunəsidir. Ölkə Başçısının Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davamı olaraq yeni asfalt yolların çəkilməsinə böyük təkan verəcəkdir.

Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi barədə danışan rayon rəhbəri bu sahədə xeyli işlərin görüldüyünü diqqətə çatdırıb.

Şəhərdə 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə istifadəyə verilən 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını bu sahədə olan inkişafın ən bariz nümunəsi kimi qiymətləndirib. Şəhərdə daha bir bağçanın - 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını bildirib.

Rayon rəhbəri bağçalarda uşaqların keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasından, sağlamlıqlarının yoxlanılması üçün tibb işçilərindən ibarət həkim briqadalarının yaradılmasından və bütün bağçalarda mütəmadi olaraq körpələrin yoxlanılmasından söz açaraq bu sahəyə daim diqqət göstərilməsindən danışıb.

İcra Başçısı Rəcəb Babaşov sərhəd kəndlərinin sakinlərinə xüsusi diqqət və qayğı göstərilməli olduğunu diqqətə çatdırıb. Digər sərhəd kəndləri kimi, Quşçu Ayrım kəndində də işlər görüldüyünü, qaz, işıq, su, telefon, digər məişət və sosial məsələlərin öz müsbət həllini tapdığını qeyd edb.

Sonra bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir - deyə müraciət edən İcra Başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.

Kənd sakinlərindən Aslan Pirvəliyev və Mahizər Bayramova kəndarası yollara qum, çınqıl döşənməsini və evlərinin dam örtüyünün təmir olunmasını bildiriblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həll olunması üçün aidiyyatı şəxslərə tapşırıq verib.

Digər kənd sakinlərindən Lalə Şükürovanın, Fatma Cəfərovanın, Esmira Allahverdiyevanın və Bafadar Həsənovun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səyyar görüş başa çatdıqdan sonra ilk olaraq iyunun 15-də ermənilərin dinc sakinlərə atəş açması nəticəsində ayağının topuq nahiyəsindən güllə yarası almış rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızına baş çəkib, səhhəti ilə maraqlanıb.

Daha sonra rayon rəhbəri Quşçu Ayrım kənd bağçasında olub, körpələrə göstərilən diqqət və qayğı ilə tanış olub. Ərzaq təminatı və körpələrin tibbi müayinədən keçmələri ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, körpələrin keyfiyyətli ərzaq təminatı ilə təmin olunmasında heç bir problem yoxdur.

Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
Sərhəd kəndinin sakinləri ilə görüş keçirilib
GOYEZEN.AZ


Facebook-da paylaş