• Təqvim

  • Maraq



Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Bala Сəfərli kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə bu fikir səslənib


Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Bu gün Qazax rayonunun bütün sərhəd kəndləri kimi, Bala Cəfərli kəndi də sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Son 2 ildə göstərilən diqqət və qayğının nəticəsidir ki, kənd günü-gündən inkişaf edir, dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri təsərrüfat və heyvandarlıqla məşğul olurlar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, orada yaşayan insanlara xüsusi qayğı ilə yanaşır. Mütəmadi olaraq kəndlərdə olur, sakinləri narahat edən məsələlərlə maraqlanır, onların həlli istiqamətində tapşırıqlar verir.

Rayon rəhbəri bu gün də Bala Cəfərli kəndinin sakinləri ilə səyyar görüş keçirib. Rayon rəhbərliyi görüşdə çıxış edərək bütün kənd sakinlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, tutulan orucların, ölkəmizin rifahı naminə edilən arzu və niyyətlərin qəbul olmasını diləyib.

İcra Başçısı bildirib ki, bu il birinci dəfədir ki, sizinlə belə görüşümüz keçirilir. Məqsədimiz sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili mənim fəaliyyətimin də əsasını təşkil edir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, tez-tez sizin görüşünüzə də gəlirəm.

Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsini qeyd edən İcra Başçısı son 2 il ərzində rayonumuzda bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılır, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülür.

Rayon rəhbəri bildirib ki, bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Son iki ildə rayonun Kosalar, Canalı, Kommuna, Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış bu problemin öz müsbət həllini tapması bunun ən bariz nümunəsidir.

Ölkə Başçısının Qazax rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli sərancamı da bu inkişafın davamı olaraq yeni asfalt yolların çəkilməsinə böyük təkan verəcəkdir.

Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq bağçalarının tikilməsi, əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təmin edilməsi barədə danışan rayon rəhbəri bu sahədə xeyli işlərin görüldüyünü diqqətə çatdırıb.

Şəhərdə 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsini, Daş Salahlı və Kosalar kəndlərində 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə istifadəyə verilən 2 saylı uşaq bağçasının əsaslı şəkildə təmir olunmasını bu sahədə olan inkişafın ən bariz nümunəsi kimi qiymətləndirib. Şəhərdə daha bir bağçanın - 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasını bildirib.

İcra Başçısı qeyd edib ki, "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Elektrod Zavodunda işlər başa çatıb. Hazırda "İnvestel GROUP” MMC-yə məxsus Aqroparkda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.

Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib.

İcra Başçısı Rəcəb Babaşov sərhəd kəndlərinin sakinlərinə xüsusi diqqət və qayğı göstərilməli olduğunu diqqətə çatdırıb. Digər sərhəd kəndləri kimi, Bala Cəfərlidə də xeyli işlər görüldüyünü, qaz, işıq, su, telefon və digər məişət və sosial məsələlərin öz müsbət həllini tapdığını qeyd edb.

Kənd sakinlərindən Ceyhun Rəhimov, Şahvələd Məmmədov, Kifayət Məmmədova, Tamella Qasımova, Ziyafət Səmədova çıxış edərək sərhəd kəndlərinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, onlarla mütəmadi olaraq görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən səyyar görüşdə minnətdarlıq dolu sözlərlə yanaşı, sakinləri narahat edən məsələlərdən, qayğılardan da söz açılıb. Sakinlər kəndarası yolların xırlanması, göldə balıq ovuna icazə verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Sakinlərin qaldırdıqları məsələləri diqqətlə dinləyən rayon rəhbəri kəndarası yolların bayram günlərində xırlanması ilə bağlı konkret tapşırıq verib. Göldə balıq ovunun isə təhlükəli olduğunu bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səyyar görüş başa çatdıqdan sonra kənd məktəbində və uşaq bağçasında olub. Məktəbdə olan rayon rəhbəri şagrdlərin dərsə davamiyyəti və təhsilin keyfiyyəti ilə maraqlanıb. Uşaq bağçasında yaradılan səliqə-sahmanla, körpələrin ərzaq təminatı ilə tanış olub, tibbi müayinədən keçmələri haqda öyrənib.

Sonra rayon rəhbəri Bala Cəfərli kəndində yaşayan Qızılhacılı kənd sakini Maya Səbiri və Quşçu Ayrım kənd sakini Zərifə Mustafayevanın ərizələrinə əsasən qaldırılan məsələ ilə bağlı yerində baxış keçirilib. Məsələ yerində araşdırıldıqdan sonra həlli istiqamətində tapşırıq verilib.

Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
Sərhəd kəndinin sakinləri hər cür diqqət və qayğıya layiqdir
GOYEZEN.AZ


Facebook-da paylaş