• Təqvim

  • Maraq



Siz hər cür diqqət və qayğıya layiqsiniz

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Abbasbəyli kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə bu fikir səslənib


Siz hər cür diqqət və qayğıya layiqsiniz
Bu gün Abbasbəyli kəndi sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Son 1 il 11 ay ərzində göstərilən diqqət və qayğının nəticəsidir ki, Abbasbəyli kəndində də müvafiq işlər görülüb.

Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətində ön plana çəkilib. Demək olar ki, fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkərək istər şəhər, istərsə də kənd sakinləri ilə səyyar görüşlər keçirir, sakinləri narahat edən məsələləri onların öz dilindən eşitməyi fəaliyyətinin ən əsas hissəsi hesab edir.

Növbəti səyyar görüş Abbasbəyli kəndinin sakinləri ilə keçirilib. Rayon rəhbərliyi görüşdə çıxış edərək cənab İlham Əliyevin yenidən yüksək səs faizi ilə Prezident seçilməsi münasibətilə bütün kənd sakinlərini, qazaxlıları və ürəyi Azərbaycanın çiçəklənməsi arzusu ilə döyünən hər bir insanı təbrik edib.
Siz hər cür diqqət və qayğıya layiqsiniz
İcra Başçısı bildirib ki, bugünkü görüşümüzün də əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsinin nəticəsidir ki, son bir il 11 ay ərzində rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Bildirib ki, mənim sərhəd kəndlərinə xüsusi yanaşmam var. Fəaliyyətə başladığım ilk gündən sərhəd kəndlərinin əhalisinə xüsusi diqqət və qayğı göstərirəm. Digər sərhəd kəndləri kimi, Abbasbəylidə də xeyli işlər görülmüşdür. Qaz, işıq, su, telefon, yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapıb.

İcra Başçısı bildirib ki, kənddə islahat getməyib. Buna baxmayaraq camaatın, xüsusilə gənclərin torpaq sahələrinə ehtiyacı var. Ona görə də işçi qrupunun, kənd ağsaqqallarının iştirakı ilə bu məsələ həll olunmalıdır. Kənd sakinləri bu xəbəri böyük sevinc hissi və alqışlarla qarşılayıblar.
Siz hər cür diqqət və qayğıya layiqsiniz
Bu gün bütün xidmət idarələri rəhbərlərinin iştirakı ilə sizinlə görüşünüzə gəlmişik. Xahiş edirəm ki, sizi narahat edən məsələləri bildirəsiniz.

Ağsaqqallarından İsmayil Abdullayev, Faiq Mərdanov çıxış edərək onlarla mütəmadi görüşlər keçirdiyinə, kənd sakinlərinə daim diqqət və qayğı göstərdiyinə görə İcra Başçısına minnətdarlıqlarını bilidiriblər.

Kənd sakinlərindən Qızyetər Kərimova 3 oğlu olduğunu deyərək torpaq verilməsi xəbərini böyük sevinc hissi qarşıladığını bildirib.

Sevil Mehdiyeva, Nazlı Tağıyeva, Nizami Mehdiyev, Fəridə Hüseynova və başqaları Ölkə Başçısını yenidən Prezident seçilməsi münasibətilə kənd sakinləri adından təbrik edərək öz arzu və istəklərini çatdırıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq indən sonra daha tez-tez görüşə gələcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Elçin İSMAYIL

Siz hər cür diqqət və qayğıya layiqsiniz
Siz hər cür diqqət və qayğıya layiqsiniz
Siz hər cür diqqət və qayğıya layiqsiniz
Siz hər cür diqqət və qayğıya layiqsiniz
Siz hər cür diqqət və qayğıya layiqsiniz
Siz hər cür diqqət və qayğıya layiqsiniz


Facebook-da paylaş