• Təqvim

  • Unutma

  • Maraq



Dərsə davamiyyət yüksək olmalıdır

Dərsə davamiyyət yüksək olmalıdır
Azərbaycana dahi şəxsiyyətlər, elm xadimləri, şairlər, yazıçılar bəxş edən Qazax rayonu ziyalılarının sayına görə bütün respublikamızda tanınır. Ölkə təhsilinə öz töhfələrini verən Qazax təhsili bu gün özünün inkişaf dövrünü yaşayır. Bunu ildən-ilə əldə edilən yüksək göstəricilərdən aydın şəkildə görmək olur. Qazanılan uğurların kökündə rayon rəhbərliyinin elm və təhsilə göstərdiyi diqqət və qayğı dayanır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün dərslərə davamiyyəti aşağı olan, tez-tez dərslərdən yayınan şagirdlərin valideynlərini qəbul edib. Görüşdə İcra Aparatının məsul işçiləri, rayon Təhsil şöbəsinin rəhbərliyi və məsul işçiləri, məktəb direktorları və aidiyyatı kəndlərin İcra Nümayəndələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşün məqsədi barədə danışaraq rayonda təhsil sahəsinin daha da inkişaf etməsi üçün görülən işlərdən söz açıb.

Bildirib ki, İcra Başçısı kimi mən fəaliyyətimin mühüm bir hissəsini bu sahəyə ayırmışam. Bütün məktəblər müasir istilik sistemi, lazım olan inventarlarla təmin olunub, istər müəllimlərin rahat şəkildə dərs keçmələri, istərsə də şagirdlərin mükəmməl şəkildə bilik əldə etmələri üçün hər cür şərait yaradılıbdır. Təhsildə yüksək göstəricinin və uğurlu nailiyyətlərin əldə olunmasının kökündə şagirdlərin dərsə davamiyyətinin dayandığını deyən İcra Başçısı rayonumuzun demək olar ki, əksər məktəblərində bu sahədə yüksək göstəricilərin olduğuna diqqəti çəkib. Bununla yanaşı, bir sıra məktəblərdə davamiyyətin aşağı olduğunu qeyd edib. Həmin məktəblərdə belə halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacib olduğunu bildirib.

Yuxarı Əskipara kənd tam orta məktəbin X sinif şagirdi Ruslan Adıgözəlov və Orta Salahlı kənd tam orta məktəbin II sinif şagirdi Elgün Xalsayevin valideynləri – Bəhruz Adıgözəlov və Əfsanə Məmmədrzayeva övladarının hal-hazırda yaşadıqları yerlərdəki məktəblərə keçirilməsini xahiş ediblər. Adları qeyd olunan şagirdlərin müvafiq olaraq Aşağı Əskipara və Ağköynək kənd tam orta məktəblərində təhsillərini davam etdirilməsi qərara alınıb.

Yuxarı Əskipara kənd tam orta məktəbin X sinif şagirdlərindən Cəfər Cəfərov və Sarı Əmirquliyevin məsələləri də müzakirə olunub. Şagirdlərin valideynləri Ənvər Cəfərov və Zülfiyyə Əmirquliyevanın, məktəbin direktoru Saleh Vəliyevin fikirləri öyrənildikdən sonra hər iki şagirdin məktəbdən xaric olunması barədə qərar qəbul olunub.

Elçin İSMAYIL

Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır
Dərsə davamiyyət yüksək olmalıdır


Facebook-da paylaş