Qazaxda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib
Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də Qazax rayonu böyük uğurlar qazanıb. Bu da təsadüfi deyil. Hələ ötən əsrin əvvəllərində Qazaxda yerləşən Müəllimlər Seminariyasından respublikamızın demək olar ki, bütün bölgələrinə ziyalı nuru işıq saçıb. Qazaxda həmin ənənə bu gün də davam edir. Bunu rayonda təhsil sisteminin durmadan inkişaf etməsindən, ön sıralarda dayanmasından və ildən-ilə artan uğurlarından daha aydın görmək olar. Bütün bunlar barədə müəllimlərin ənənəvi sentyabr konfransında daha ətraflı söz açılıb.
Gənclər Mərkəzinin akt zalında keçirilən konfransda Təhsil Nazirliyinin baş məsləhətçisi İsaq Məmmədov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Emin Əliyev, təhsil sahəsində çalışan qabaqcıl müəllimlər, məktəb direktorları, KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Dövlət Himni səsləndikdən sonra Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransın gündəliyi barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik edib. Qeyd edib ki, bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın təhsil sistemi özünün yeni dövrünü yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti və birbaşa rəhbərliyi ilə respublikamızda təhsil müəssisələri şəbəkəsi daha da genişləndirilir, yeni məktəb binaları tikilir, onların maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinə daha yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu gün təhsil sahəsində əldə edilən nailiyyətlər, qazanılan uğurlar dövlətin təhsil sahəsinə göstərdiyi böyük dəstək nəticəsində əldə edilən irəliləyişdir.
Rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı geniş hesabat məruzəsi ilə çıxış edərək 2016-2017-ci tədris ilində qazanılan uğurlardan, həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, ötən tədris ilində əldə edilən uğurların bünövrəsində rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun təhsilə göstərdiyi diqqət və qayğı dayanır. Rayon rəhbərliyinin təşəbbüsü ilə yaradılmış işçi qrupunun fəaliyyəti isə təqdirəlayiqdir. İşçi qrupunun gərgin zəhməti sayəsində bütün məktəblərdə şagirdlərin dərsə davamiyyəti yüksəlmiş, müəllimlərin keçdikləri dərslərin keyfiyyəti artmışdır. Təhsilə göstərilən qayğının nəticəsidir ki, rayonumuzda məzunların ali məktəblərə qəbul faizi də ilbəil artmaqdadır. 2016-2017-cı tədris ilində 777 nəfər məzun olmuşdur ki, onlardan 432 nəfər ali məktəblərə sənəd vermiş və sevindirici haldır ki 264 məzun ali məktəblərə qəbul olmuşlar. Bunlardan 58 məzun 500-dən, 14 məzun isə 600-dən çox bal toplayıblar.
Məruzə ətrafında çıxışlar olub. Məktəb liseyin direktoru Tahirə Comərdova, Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru, diaqnostik qiymətləndirmədə ən yüksək nəticə - 60 bal toplamış Söylü Xəlilova rəhbərlik etdikləri məktəblərdə qazanılan uğurlardan danışıblar.
Yuxarı Salahlı kənd tam orta məktəbin məzunu, qəbul imtahanlarında 631 bal toplamış Orxan Qayıbov öz çıxışında Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova onlara göstərdiyi diqqət və qayğıya görə bütün məzunlar adından minnətdarlığını bildirib. Canalı kənd tam orta məktəbin fransız dili müəllimi, müəllimlərin işə qəbulunda ən yüksək (57 bal) nəticə əldə etmiş Türkan Cəfərova söz alaraq işə qəbul prosesindən danışıb və müəllim andı içib.
Təhsil Nazirliyinin baş məsləhətçisi İsaq Məmmədov çıxış edərək təhsilin indiki vəziyyətini təhlil edib, təhsildəki yeniliklərdən, aparılan islahatlardan ətraflı söz açıb.
Sonra konfransın qərar layihəsi oxunub və səsə qoyularaq yekdilliklə qəbul edilib. Rayon təhsil şöbəsi şurasının tərkibi oxunub.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov konfransa yekun vuraraq qarşıda duran vəzifələrdən danışıb, yeni dərs ilinin başlanması münasibətilə müəllimləri bir daha səmimi qəlbdən təbrik edərək gələcək işlərində uğurlar arzulayıb.

Elçin İSMAYIL
Facebook-da paylaş